Cəmiyyət

“Sədərək”də mağazaya basqın: 30 min manat aparılıb

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edilib, sahibkarın 30 000 manat pulu ələ keçirilib.

Hadisə noyabrın 11-də qeydə alınıb.

Belə ki, naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Ağayev Şakir Fərhad oğlunun işlətdiyi mağazaya daxil olaraq dəmir alətlə onun baş nahiyəsinə
xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30 000 manat məbləğində pul vəsaitini ələ keçirməklə hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

24 saat” ““Sədərək”də mağazaya basqın: 30 min manat aparılıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  150 manatdan 2,5 min manata kimi - Cərimə var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button