Cəmiyyət
Səhiyyə Nazirliyində kadr dəyişikliyi

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.
Bu barədə Femida.az-a nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O bildirib ki, L.Bayramova səhhəti ilə əlaqədar, öz xahişi ilə işdən çıxıb.
Hazırda onu S.Əhmədova əvəz edir.
Qeyd edək ki, L.Bayramova 2015-ci ildən həmin vəzifədə çalışırdı.