Loading...
Loading...
ÖLKƏ

Səlim Müslümovun Yardımlıdakı yeni kadrı siqaret qaçaqmalçısı çıxdı – Müraciət – Savash.org


ƏSMM-in direktoru Samir Camalovun 60 min manata vəzifə aldığı iddia edilir

Yardmılı rayon ƏSMM-nin yeni direktoru Samir Camalovla bağlı ilginc məlumatlar daxil olub.

Azerinews.tv-yə daxil olan müraciətdə şikayətçilər bildirir ki, əvvələr Yardımlı ƏSMM-də inisbektor işləyən Samir Camalov siqaret qaçaqmalçılığı ilə məşğul olub.

Həmin hadisədə həbs edilən cənab Camalovun şəriki, deyilənə görə dostunu ələ verməyib. Bundan sonra, canını rayondakı biabırçılıqdan qurtarmaq üçün. yığdığı pularla Yasamal rayon ƏSMM-ə inisbektor göndərilib. Bir müddət Yasamalda işləyən Samir Camalovun işindən narazı adamlar olsa da, o nazirin yaxın qohumunun əli ilə 50-60 min manat ŞİRİNLİK hesabına Yardımlı rayon ƏSMM-nin direktoru vəzifəsinə təyinat almağı bacarıb.

Şikayətçilər bildirirlər ki, Camalov məhz Yardımlıya vəzifəyə gətrilməsi yerli sakinlər tərəfindən narazılıqla qarşılanıb. Məlumata görə, vaxtilə vəziyyəti acınacaqlı bir neçə ailəni yardımsız qoyan Camalov onların da qəzəbinə gəldiyi bildirilir. Belə ki, şikayətçilər nazirin yeni təyinatına cavab olaraq yürüşə start verəcəklərini deyirlər.

Qeyd edək ki, məsələ ilə bağlı Samir Camalovla əlaqə saxladıq. O şikayətçilərin haqsız olduğunu və bu məsələlərlə bağlı MTNşikayət edəcəyini bildirdi.





Savash.org

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button