Loading...
Loading...
Ulduz falı

Sərt görünüb, həssas olan bürclər

Bürclərin xarakterilə bağlı danışarkən adətən oxşar fikirlərə rast gəlirik. Məsələn, şirləri hər kəs özündənrazı, əkizləri isə qərarsız insanlar olaraq qəbul edir.

Əslində isə vəziyyət heç də göründüyü kimi deyil. Çünki bütün bürclərin adət etdiyimizdən fərqli yönləri də var.

24saat bizim media-ya istinadən bürclərin az bilinən özəlliklərini təqdim edir:

Qoç

Özünə güvənən, qabaqcıl və liderdir. Onun həyatda məqsədi güc və nüfuz qazanmaqdır. Onun canlı, kortəbii, enerjili, uşaq və döyüşçü ruhu var. Rəqabət mühiti onları cəlb edir. O, tələsik və səbirsizdir. Təbiətinə görə o, yalnız öz istəklərilə tənhalığı seçə bilər. Lakin onların o qədər də bilinməyən naməlum, emosional tərəfləri də var. Tək qalanda o, ağlaya və özünü müdafiəsiz hiss edə bilər.

Buğa 

Sakit, itaətkar, astagəl, yenilikləri gec qəbul edən şəxslərdir. İstər həyat, istər çiçək, istər sənət əsəri, istərsə də yemək olsun, hər şeyin dadını çıxarmaq istəyir. Məsələn, buğa çox yaxşı qurmedir. Lakin onların oldquca səbirsiz tərəfləri də var. Əgər onların səbrlərinin sonu gəlsə, istənilən münasibətə nöqtə qoyurlar. Bəzən isə heç gözlənilməyən vəziyyətlərdə belə tələsik və səbirsiz ola bilir.

Əkizlər

Həyəcanlı, narahat və eyni anda bir neçə işin öhdəsindən gələ bilən insanlardır. Ünsiyyət onlar üçün çox vacibdir. İnformasiya almaq, məlumat vermək, məlumat daşımaq istəyirlər. Maraqları onları araşdırmağa sövq edir. Onlar dərinə getməkdənsə səthi biliyə üstünlük verirlər. Hər şeydən məlumatlı olduqları üçün danışa biləcəyiniz çox yönlü və əyləncəli insanlardır. Lakin nə qədər qərarsız insanlar olsalar da əkizlər ideal dostdurlar və onlar heç vaxt dostlarını yarı yolda qoymazlar.

Xərçəng

Duygusal, qayğıkeş, qoruyucu insanlardır. Ailə qurmağı sevir və ailəsini xoşbəxt etməyə çalışan bir quruluşa malikdir. Lakin onların hissləri və insanlara münasibəti olduqca tez dəyişə bilər. Ətraf mühitdən asılı olaraq buqələmun kimi rənglərini dəyişə bilirlər. Qəribəsi isə budur ki, sevdiyi insandan asanlıqla əl çəkmirlər. Hissləri istiqamətini dəyişsə belə, münasibəti sonlandırmırlar.

Şir

Əzəmətli, özünə güvənən, güclü insanlardır. Təslim olmayan bir quruluşa sahibdir, buna görə də mütləq uğur qazanır. Bəzən uşaq kimi kortəbii və emosional hərəkət edə bilər. Onlar həm də xeyirxah personajlardır. Bəzənsə onlar sadəlövh və təvazökar ola bilərlər. Hər şeyə olduqca tez inanır, özləri kimi güclü hesab etdikləri insanların qarşısında isə pişiyə çevrilirlər.

Qız

Təşkilatçı, vasvası, təfərrüatlı, mükəmməllik arzulayan insanlardır. Eyni zamanda onlar sadəliyi sevən, mübaliğədən çəkinən insanlardır. Lakin hiss etdirməsələr belə qızların sevgiyə ehtiyacı var. Onlar sevmək və sevilmək arzusundadırlar, əslində bu çatışmazlığı balıqlarla çox yaxşı tamamlaya bilirlər. Gizlətsələr belə, onların lider olmaq, daxil olduqları mühitdə diqqət çəkmək istəkləri də böyükdür.

Tərəzi 

Estetik zövqləri, gözəllik duyğusu, ədalət hissi yüksəkdir. Onlar daim tarazlıqları yüksək olan şəxs kimi görünsələr də bu əslində belə deyil. Belə ki ən kiçik kənar təsir belə onların qərarlılığını poza bilər. Belə hallarda tərəzilərin əvvəlki vəziyyətlərinə qayıtmağı olduqca çətinləşir. Tərəzilərin ən böyük qorxusu da gözlənilməz zərbələrdir.

Əqrəb

Onlar dərin emosional, mistik insanlardır. Cazibədar xasiyyətə malikdir və sağ qalmaq instinktləri yüksəkdir. Hər şeyə sıfırdan başlamağa daim hazırdırlar. Lakin yalnız qaldıqda və insanlarla problemlər yaşadıqda özlərinə qapanır, olduqca həssas insana çevrilirlər. Təklik onlar üçün işgəncədir. Onların sosial münasibətlərdən asılıdır.

Oxatan

Həvəsli, xeyirxah, şən insanlardır. Hər şeyi dərindən araşdırmağı sevirlər. Onlar daim hərəkətdə olan insanlardır. Lakin azadlıqlarına düşkün oxatanlar bəzən təkliyi, evə qapanmağı könüllü olaraq seçirlər. Xüsusən də, dostları ilə münasibətləri korlandıqda. Çünki onlar səmimi insanlardır və qeyri-səmimilik gördükdə qəlbləri tez qırılır.

Oğlaq

Məsuliyyətli, diqqətli, nizam-intizamlı insanlardı . Onun hər zaman bir arzusu var, güclü və uğurlu olmaq. O, mühafizəkardır, onun üçün adətlər, qaydalar önəmlidir. Yenilikləri çətin qəbul edirlər. Lakin sosial həyatlarında problemləri olduqca böyükdür. Nə qədər hiss etdirməsələr də, oğlaqlar daim geniş dost çevrəsi ilə deyib-gülmək əylənmək istəyirlər. Xaricdən nə qədər sərt görünsələr də, daxilən olduqca həssasdırlar.

Dolça

Sərbəst ruhlu, idealist, mehriban, özünü təmin edən, komanda işinə meyilli, qrupları sevən, təkliyi sevməyən, sürprizlərlə dolu və ağıllıdır. Onların fərqli idealları var. Onlar insanlarla qeyri-adi mövzularla söhbət etməkdən həzz alırlar. Dost olmadığı adamla heç vaxt evlənə bilməz. Çünki onun üçün dostluq hər şeydən əvvəl gəlir. Lakin nə qədər azad ruhlu olsalar da, onlar işlərinə olduqca səbr və nizam-intizamlayanaşırlar. Bundan əlavə onlar da ənənələrə bağlı insanlardır.

Balıqlar

Xəyalpərəst, romantik, emosional, yaradıcıdırlar.  Kömək və fədakarlıq etmək onun üçün ən vacib məsələdir. Balıqlar dəyişkən bir quruluşa malikdir. Lakin nə qədər həssas olsalar birdən-birə 180 dərəcə dəyişə bilirlər. Bu zaman isə olduqca aqressiv, gözü heç nəyi görməyən, prinsipal insan ortaya çıxır. Eyni zamanda onlar fərqli görünməyi, kütlədən seçilməyi də sevirlər.

24saat

Ulduz falı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button