2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Səfirliyi Qüdsə köçürmək – Müsəlmanlara arxa çevirmək Trampa nə verəcək

Hələ seçki kompaniyası dövründə Donald Tramp  ABŞ səfirliyini Tel-Əvivdən  Qüdsə köçürməyi vəd etmişdi.

 

Prezidentin sözçüsü Şon Speyserin bildirdiyinə görə  hazırda məsələ ilə bağlı ilkin danışıqlar gedir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat org. bildirir ki, danışıqların nə ilə nəticələnəcəyi dünyada narahatlıq doğurur. Məsələn, Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalında dərc olunan məqalədə deyilir ki, bu İsrail və fələstinlilər arasındakı konflikti daha da dərinləşdirəcək:
“1967-ci ildə, 6 günlük mühariobədən sonra İsrail Qüdsü paytaxt elan etdi. BMT  İsrailin Şərqi  Qüdsü  işğal  etməsini  pislədi və qanunsuz saydı. Çünki BMT hesab edir ki , Qüdsün taleyi ancaq danışıqlar prosesində həll olunmalıdır.

Əgər Tramp səfirliyi Qüdsə köçürsə simvolik olaraq onu İsrailin paytaxtı kimi tanıyacaq.

Düzdür, Barak Obamadan zəhləsi gedən Netanyahu Trampdan çox razıdır, hesab edir ki, ABŞ-İsrail əlaqələri getdikcə möhkəmlənəcək. Lakin ABŞ müsəlman dünyasındakı tərəfdaşlarını narazı salır.

Fələstinlilərdən başqa İordaniya da bu məsələdən narahatdır. Bu ölkədə hər iki nəfərdən biri fələstin kökənlidir.

Tramp İŞİD-in kökün kəsmək istəyirsə, mütləq İordaniya ilə əlaqələri qoruyub saxlamalıdır.”

İlqar

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button