2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səfirliyin 347 min manat vəsaitini qumara xərcləməkdə günahlandırılan attaşe həbs edilib

Nəcib Osmanov vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir

İyunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə sabiq attaşesi Nəcib Osmanovun həbsi barədə qərar çıxarıb.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Nəcib Osmanovun mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsini, həmçinin məhkəmə zalında həbs olunmasını istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Attaşe külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.

N.Osmanovun vəkilinə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 5-dək vaxt verilib.

Bildirilir ki, Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunub:

“İş üzrə dəymiş ziyanın 77 min dolları ödənilib. Nəcib Osmanova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button