2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şəhid komandirin doğum günü – 9 avqustda 50 yaşı tamam olacaq…

Doğum Günün Mübərək Komandir!

Qarabağ Qazisi, ikinci qrup Qarabağ müharibəsi  əlili, Xocavənd batalyonunun  komandiri,birinci Qarabağ müharibəsində müstəsna xidmətləri olmuş Hüseynovlar nəslinin nümayəndəsi Əbülfət Hüseynovun  50 yaşı tamam olur.
Hüseynov Əbülfət Mövsüm oğlu 9 avqust 1966- cı ildə Xocavənd rayonun Muğanli kəndində doğulmuş, 14 yaşından idmanın karate növü ilə məşğul olmuşdur. 1984-1986-cı illərdə Sovet ordusunda- Arxangelsk vilayətində xüsusi təyinatlı hərbi hissədə xidmət keçmiş və sonra yaşamaq ücün Ukrayna respublikasının Dnepropetrovsk şəhərinə getmiş, Dinamo cəmiyyətində dzyu-do uzrə məşqçi işləmiş və müxtəlif qruplara karate təlimləri keçmişdir. 1989- cu ildə Qarabağa qayıtmış, həm Xocavənd, həmdə qonşu rayonların bir cox yaşayış məntəqələrində əlbəyaxa döyüş növü üzrə təlimlər keçmişdir. Muğanlı Özünümüdafiə dəstəsi və Xocavənd batalyonunun yaradıcılarindan biridir.
Azərbaycan Respublikası Müdafiə Nazirinin 13 fevral 1992- ci il tarixli 017 sayli əmiri ilə Muğanlı Özünümüdafiə tağımı yaradılmış və Əbülfət Hüseynov həmin əmrlə komandir təyin edilmişdir. Sonralar həmin tağım Xocavənd batalyonunun özəyini təşkil etmişdir. Tağım heyəti xüsusi fiziki keyfiyyətləri və mənəvi- psixoloji hazırlığı olan döyüşçülərdən təşkil olunmuş və Əbülfət Hüseynovun basçılığı ilə aparılan xüsusi və ciddi təlimlər nəticəsində istənilən döyüş tapşırığını həyata keçirmək qabiliyyətinə malik dəstəyə çevrilmişdir. Dəstə tağim kimi yaradılsada burada 120 nəfər xüsusi hazırlıqlı döyüşçü var idi və sonrakı dövrlərdə də  Xocavənd batalyonu tərəfindən həyata kecirilən bütün döyüş əməliyyatlarının əsasını  məhz bu döyüşçülər təşkil edirdilər.  1992 ci il 15 iyununda məhz bu qrupun bazasında 831 saylı batalyon yaradıldı  və  Əbülfət Hüseynov komandirin əməliyyat üzrə müavini təyin olunmuş,  oktyabr ayının  2- də batalyon komandiri Əbdürrəhman Əsgərov qəhrəmancasına Şəhid olduqdan sonra batalyona komandir təyin edilmişdir. 1992 – ci il dekabr ayının 30-da əməliyyat tapşiriğını yerinə yetirərkən, Xocavənd rayonu “Daşlıtəpə” ərazisində muavinləri-Xocavənd rayon Muğanlı kənd sakini Rövşən Balakişiyev , Ağcabədi rayon Hacıbədəlli kənd sakini Miryaqub Murtuzov və dogma maması oğlu Ədalət Abbasovla birlikdə tank əlehinə minaya düşmüş,  Allah bütün Şəhidlərə rəhmət eləsin-Rövşən , Miryaqub Şəhid olmuş, özü və Ədalət uzun müddət müalicə keçmişlər. Hazırda  hər ikisi 2-ci qrup Qarabağ Müharibəsi əlilidirlər. Əbülfət Hüseynov qeyd olunan müddətdə Xocavənd istiqamətində bütün döyüş əməliyyatlarının həyata keçrilməsinin əsas təşkilatçı və rəhbərlərindən biri olmuşdur. Bu döyüşlərə 12 və 16 yanvar 1992ci ildə Xocavənd səhəri uğrunda  http://modern.az/az/news/70465#gsc.tab=0, iyun ayinda Əppəkli əməliyyatı, Gülmətəpə əməliyyatı  http://modern.az/az/news/79059/, 15 və 17 avqustda Plotəpə əməliyyatlarını nümunə göstərmək olar. Səhhəti ilə əlaqədar ordudan tərxis olduqdan sonra Milli Əsgər Döyüşü Məktəbi yaratmışdır.
Karate uzre birinci Dan Qara- kəmər sahibi və Dzy-do üzrə İdman ustasıdır.
Hal – hazırda təmas xəttinin yaxınlığında yaşayan  komandir hər zaman ön səngərlərdə xidmət çəkən əsgər və zabitlərimizlə bir yerdədir. Bütün xalqımız kimi onun üçün də ən şərəfli an Qarabağı və eləcədə işğal altında olan bütün torpaqlarımızı düşməndən azad etdiyimiz tarixi gün olacaqdır.
              
Namazov Elxan Əkbər oğlu
Xocavənd  batalyonunun  döyüşçüsü  

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button