2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səhiyyə Nazirliyi qızılca ilə bağlı yenidən əhaliyə çağırış edib

2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yerli yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 10-da Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir. 

Açıqlamada həmçinin qeyd edilib ki, yaranmış epidemioloji vəziyyətin təhlilinə əsasən, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir.

Saytların yığılması Saytlarin yigilmasi

İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün zəruri vaksin preparatlarının ölkəyə gətirildiyi açıqlanıb.

“Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edir və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırır.

Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər”, – deyə məlumatda qeyd olunub. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button