2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Şəkidə sənayenin iflic vəziyyətində olması rəsmi statistikada

Yaxın keçmişdə dünyanın ən böyük toxuculuq sənayesi mərkəzlərindən biri olan Şəki şəhərində indi demək olar ki sənaye iflic vəziyyətindədir.

Bu rəsmi statistikalarda aydın görünür. 2017-ci ildə rayonda cəmi 20 sənaye müəssisəsi fəaliyyət göstərib ki, bu da son 8 ilin ən aşağı göstəricisidir. 2017-ci ildə sənaye müəssisələrində işləyənlərin orta əmək haqqı cəmi 292 manat olub ki, bu son üç ilin ən aşağı nəticəsi hesab edilə bilər. Sovet dövründə yalnız bir Şəki İpək kombinatı ilə kombinatın Şəki şəhərindəki filiallarında 7 min nəfərə yaxın işçi olduğu halda, 2017-ci ildə bütün Şəki rayonunda cəmi 1715 nəfər sənaye sahəsində çalışıb, bu həm də 2010-cu ildəkindən də azdır.

2017-ci ildə rayonda 27 milyon 556 min manatlıq sənaye məhsulu istehsal olunub ki, bunun 74,6%-i elektrik enerjisinin payına düşür. Yəni istehsal olunmuş elektrik enerjisini nəzərə almasaq, 2017-ci ildə rayonda cəmi 7 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. Daha pisi isə budur ki, bu 7 milyon manatlıq məhsulun 6,1 milyon manatlığı 2017-ci ilin sonuna qədər satılmayıb qalıb. Deməli, 170 min əhalisi olan Şəki rayonunda 2017-ci ildə istehsal edilmiş 7 milyon manatlıq sənaye məhsulundan cəmi 900 min manatlığı satılıb.

Şəki ipək kombinatının 2017-ci il üçün istehsal göstəriciləri də heç də ürəkaçan deyil. Kombinatda 2012-ci ildən sonra ipək xalça istehsalı dayanıb. Pambıq parça istehsalı artsa da, əmtəəliyi yoxdur. Yəni daxili tələbat üçün istehsal edilir, satılmır. İpək parça istehsalı 2010-cu ilə nisbətən 2-3 dəfə azdır və s.

Saytların yığılması Saytlarin yigilmasi

Rayonda son illərdə bərpa edilmiş yalnız bir sənaye sahəsi var, o da 2000-ci ildən sonra 15 il ərzində istehsalına icazə verilməyən papiros və siqaret istehsalıdır.

 2010  2012  2013  2014  2015  2016  2017
 Fəaliyyət göstərən müəssisələrin  sayı  24  27  26  26  27  31  20
 Sənaye məhsulu (müvafiq ilin qüvvədə olan qiymətlər  ilə) min manat  13868  25249  22236  20938  18582  22622  27556
 Sənaye məhsulunda qeyri-dövlət sektorunun xüsusi çəkisi faizlə  37,9   29,2  24,5  28,3  21,7  24,2  25,4
 İstehsal edilmiş hazır məhsulun ilin axırına qalığı, min manat  5063  8763  7247  6187  6433  6432  6100
 İşçilərin orta siyahı sayı – cəmi, nəfər  1996  1875  1921  1666  1395  1682  1715
 İşçilərin orta aylıq əməkhaqqı, manat  181,6  285,1  315,0  245,8  299,4   300,5  292
 Papiros və siqaretlər, mlyn. ədəd  –  –  –  –  –  4,5  11
 İpək parça, min kv.m  735,8  660,5  602,4  185  272,4  221,6  274,5
 İpək parça, əmtəəlik, min kv.m  164,5  31,3  12,5  –   79,5  –  92,5
 Hazır pambıq parçalar, min kv.m   6,9  114,5  234,7  84,4  –  57,5  200,6
  Hazır pambıq parçalar, əmtəəlik, min kv.m   6,9  69,8   94,6  84,4  –  –  –
 Xam ipək, ton  51,8   2,1  –  –  –  9,0  25,7
 Xam ipək, əmtəəlik, ton  12,2  2,1  –  –  –  –  –
 İpək xalça, kv.m  127  314
 Elektrik enerjisi, mlyn. kVt-saat  172,2  313,9  317,1   278,4  274,9  231,4  219,1
 Elektrik enerjisi, əmtəəlik, mlyn. kVt-saat  166,6  306,5  310,2  271,9  268,3  226,7  217,6

Yazdı: Aydın Məmmədov

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button