2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sələmçilərin tora saldığı şəxslər aksiya keçirəcək

Bir müddət öncə “Qafqazinfo”ya müraciət edərək bir qrup sələmçi tərəfindən şərləndiyini və qanunsuz olaraq saxlanıldığını deyən Bakı şəhər sakini Nəzakət Hüseynova azadlığa buraxılıb.

Onun vəkili Vasif İsrafilov saytımıza bildirmişdi ki, N.Hüseynova qanunsuz olaraq polis tərəfindən saxlanılan zaman vəkilə də, N.Hüseynovaya da fiziki təzyiq olunub. N.Hüseynovanın vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilib.

Bu barədə məlumat saytımızda yayımlandıqda sonra rəsmilər məsələyə müdaxilə ediblər və polisin N.Hüseynova barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün müraciətini prokurorluq rədd edib. Bununla da N.Hüseynova azadlığa buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin “sələmçi” kimi təqdim olunan şəxslərin yeni qurbanı ortaya çıxıb və bir neçə şəxs bununla bağlı yürüş keçirmək qərarına gəliblər. Məmmədov İbadulla , Paşayeva Tamilə, Məmmədov Elnur, Məmmədova Aynurə, Məmmədova Ruhiyyə, Zamanov Rafiq, Kamranlı Radin, Tağıyeva Şəfiqə, Mirzəyeva Sədaqət, Tağıyev Tahir, Hüseynli Şakir, Hüseynli Vüsal, Hüseynli Vüqar, Hüseynli İlqar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək küçə yürüşü keçirilməsi üçün razılıq verilməsini istəyiblər.

Adıçəkilən şəxslər N.Hüseynova barəsində baş verənlərlə yanaşı, sələmçi adlandırdıqları Dostxanım Cabbarova, Elza Qəhrəmanova, Aynur Yusifovanın şikayəti əsasında başqa bir qurbanın, Şükufə Zamanovanın Yasamal Rayon Polis İdarəsində qanunuz saxlanılmasını da qeyd ediblər: “Müstəntiq Y.Vahabov onu 48 saat saxlamaqla qohumlarından 4500 manat pul alıb. Şüküfə Zamanovanın heç kimə borcu yoxdur. O, yalnız bir neçə şəxsi Aynur Yusifova ilə tanış edib. Göründüyü kimi istintaq reketliklə məşqul olur.

11 noyabr 2016-cı il tarixdə saat 10.00-dan 11.00-dək Baş Prokurorluğun inzibati binasının qarşısından və Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısına kimi Nizami küçəsi ilə, eyni zamanda 12.00-dan 13.00-a kimi Yasamal Rayon Prokurorluğundan Yasamal RPİ-yə kimi Salamzadə küçəsi ilə, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun müvafiq vəzifəli şəxslərinin nəzərinə istintaq orqanları tərəfindən edilmiş qanunsuzluqları, qohumlarımıza qarşı edilmiş haqsızlıqların çatdırılması, olara etirazımızı bildirmək üçün kütləvi informasiya vasitələrinin iştirakı ilə küçə yürüşünun keçirilməsinə icazə verilməsi üçün göstəriş verəsniz. Yürüşdə təxminən 40-50 adam iştirak edəcək”.

Qeyd edək ki, N.Hüseynova baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova müraciət edərək faizə pul verən Dostxanım Cabbarova, Elza Qəhrəmanova, Aynur Yusifovanı pul götürmək istəyən bir neçə şəxslə tanış etdiyini, həmin adamlar borcunu qaytarsa da, sonradan əlavə pul almağa görə adıçəkilən şəxslər tərəfindən onun haqda polisə şikayət edildiyini bildirib: “Barəmdə cinayət işi başlanaraq məndən külli miqdarda pul alınması məqsədi ilə Dostxanım Cabbarova, Sara Rüstəmova, Atlas Mirzəyeva, Aynur Yusifova və Elza Qəhrəmanova qanunsuz olaraq sələmçiliklə məşğul olmaqla yanaşı süni ittiham sübutlarının yaradılması üçün bir mütəşəkkil dəstə formasında fəaliyyət göstərirlər, istədikləri şəxs barəsində cinayət işi qaldırmaq üçün bilə-bilə yalan ifadə verməklə yanaşı hətta müstəntiqlərə də təsir edirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button