2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səlim Müslümova 11 illik şərti cəza verildi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Toplum TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Səlim Müslümova vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, mənimsəmədə və rüşvət almaqda təqsrili bilinərməklə 13 il həbs cəzası tələb edilməsini, lakin dəymiş ziyanın əksər hissəsinin ödənilməsi ilə bağlı cəzanın şərti hesab edilməsini tələn edib. Elə bu gün hakim hökmü elan edib. Hökmə əsasən, S.Müslümov ittiham edildiyi maddələrlə təqsirli bilinib. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin həmin cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin hökmə əsasən Səlim Müslümovun 8 milyonluq əmlakı müsadirə edilib: 

– Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil; 
– Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi; 
– Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil; 
-Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev; 
-Nərimanov rayonu, Məmməd Araz küçəsində ev; 
– Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.metr torpaq sahələri
– Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. S. Müslümov iş üzrə dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonluq hissəsini ödəyib. İsrafetmə epozodu ilə bağlı isə ayrıca cinayət işi başlanıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button