2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sərhəd Xidməti son həftələrdə 21 kiloqrama yaxın narkotik maddə aşkar edərək götürüb

Bakı/09.12.21 Noyabrın 24-dən ölkənin İran və Gürcüstanla sərhədində 20 kiloqramdan çox müxtəlif narkotik maddə və çoxlu sayda psixotrop maddə aşkar edilərək götürülüb.

Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, noyabrın 27-də Biləsuvar rayonunda Amankənd kəndi yaxınlığında 900 ədəd qablaşdırılmış metamfetamin aşkar edilib.

Ertəsi gün Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında Bakı sakinləri Azər Bədəlzadə, Araz Bədəlov və Əfqan Abdullayev, eləcə də yerli sakin Elşən Allahverdiyev saxlanılıb. Onların gəldikləri avtomobildə 6,4 kiloqram müxtəlif növ narkotik, həmçinin psixotrop maddə aşkar edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Saxlanılanlardan biri silahlı müqavimət göstərməyə cəhd edib, lakin zərərsizləşdirilib.

Noyabrın 29-da Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında İrandan 11 kiloqramdan çox narkotik vasitənin daşınmasının qarşısı alınıb. Sərhəd pozucusu öz yükünü ataraq geriyə, İran tərəfə qaçıb.

Həmin gün Gürcüstan tərəfdən Azərbaycana narkotik maddələrin daşınmasına cəhd  qeydə alınıb. göstərilib. Belə ki, sərhəd pozucuları narkotik maddələri Kür çayında rezin qayıqla keçirməyə cəhd ediblər. Onları saxlamağa çalışarkən, suya atılaraq gizləniblər.

Qayığa baxış zamanı orada xeyli sayda psixotrop maddə aşkar edilib.

Dekabrın 6-da İran-Azərbaycan sərhədində Beyləqan rayonunda Sumqayıt şəhər sakini Pərviz Əzimov saxlanılıb. Baxış zamanı onun üzərində içərisində 2.3 kiloqram müxtəlif narkotik maddənin olduğu  bağlama və 400 ədəd psixotrop maddə həbi aşkar edilib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button