2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Səud ailəsinin Niksonla ittifaqı — Neft dollarları ABŞ xəzinəsinə necə axdı?

Səudiyyə Ərəbistanı ilə ABŞ-ın gizli müqaviləsi üzə çıxıb. Müqaviləyə əsasən, ərəb şeyxləri neftdən əldə etdikləri gəliri ABŞ xəzinəsinə yönəldirdilər. Niyə bu müqavilə imzalanmışdı? İsrail müharibəsindən sonra Səudiyyə krallarının ABŞ-a belə etimad göstərmələrinin arxasında nə dayanmışdı?

İsrail savaşında ABŞ-ın İsraili dəstəkləməsi ərəb dövlətlərinin böyük etirazına səbəb olur. Bu səbəbdən dünya bazarlarında neftin qiyməti çox kəskin surətdə bahalaşır. Amma bir neçə həftə ərzində gizli bir əl məsələni həll edir. Kim idi bu gizli əl? Plan nə idi? Aşağıdakı yazıda bu sualların ətraflı cavabı var.

Nə baş vermişdi?

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə 1974-cü ilin iyul ayında baş verib. Səhər saat 08:00 radələrində ABŞ xəzinəsinin baş xəzinədarı Uilyam Saymon və onun müavini Cerri Parski “Endryus” avia bazasından havaya qalxırlar. Hava çiskin olmasa da, göyün üzü buludla örtülü idi.

Təyyarədə kədərli əhval-ruhiyyə hökm sürürdü. Neft böhranının qızğın dövrü idi. ABŞ müharibədə İsraili dəstəkləmişdi. Buna cavab olaraq OPEC-in ərəb üzvləri embarqo tətbiq etdilər. Nəticədə neft qiymətləri 4 dəfə artdı. İnflyasiya artır, fond birjası çökür, ABŞ iqtisadiyyatı uçurumun kənarında idi.

Saymonun iki həftəlik rəsmi səfəri Yaxın Şərqə iqtisadi qastrol kimi nəzərdə tutulmuşdu. Səfər çərçivəsində müxtəlif banketlər və görüşlər planlaşdırılmışdı.

Missiyanın əsl məqsədini təkcə prezident Niksonun yaxın çevrəsi bilirdi. Nazir Səudiyyə Ərəbistanının Ciddə şəhərində dörd gün qalmalı idi.

Azsaylı nümayəndə heyətinin üzvü Parski xatirələrində bu missiya barədə deyir: “Bunu edib-edə bilməyəcəmizi düşünmürdük”. Əgər Parskiyə inansaq, Nikson ABŞ-a əliboş qayıtmağın lazım olmadığına eyham vurmuşdu. Tapşırığın həll edilməməsi nəinki Amerikanın maliyyə rifahını təhlükə altında qoyurdu, eyni zamanda, Sovet İttifaqına ərəb dünyasına təsirini genişləndirməyə şərait yaradırdı.

Saymon kim idi?

İlk baxışdan, ABŞ hökumətində baş energetik kimi xidməti yeni başa vuran Saymon belə missiya üçün uyğun sayılmırdı. Bundan bir müddət əvvəl, yəni Nikson admistrasiyasına cəlb edilənə qədər Saymon “Salomon Brothers” şirkətində dövlət istiqrazlarının satışı şöbəsinə rəhbərlik edib. Vaşinqtonun bürokratları üçün keçmiş treyder dəliqanlı dikbaş təsiri bağışlayırdı. Səudiyyə Ərəbistanına səfərdən bir həftə əvvəl Sayman İran şahını tənqid edərək onu“ruhi xəstə” adlandırır. Bu dövrdə İran ABŞ-ın regional müttəfiqi idi.

Amma Saymon digərlərindən fərqli olaraq, Amerika dövlət vəzifəsinin nə dərəcədə cazibədar olduğunu yaxşı anlayırdı. Eyni zamanda o, Səud ailəsini neft pullarını saxlamaq üçün ən təhlükəsiz yerin məhz Amerika olduğu fikrinə necə inandıracağını da bilirdi. Bu plan isə, göründüyü kimi, Amerika-Səudiyyə münasibətlərini 40 il müddətinə təyin edir.

Plan

Planın əsas ideyası çox sadə idi. ABŞ Səudiyyə Ərəbistanından neft alacaq və Krallığı silah və hərbi yardımla təmin edəcəkdi. Səud ailəsi isə əldə etdikləri milyardları geriyə, Amerika xəzinəsinə istiqraz kimi qaytaracaq, bununla da ABŞ-ın xərclərini malliyələşdirəcəkdi.

Parskinin dediklərinə əsasən, bütün detalları razılaşdırmaq üçün bir neçə gizli görüş keçirmək lazım idi. Danışıqların sonunda kiçik olmasa da, vacib bir şərt ortaya atıldı: kral Feysəl ibn Əbdül – Əziz Əl Səud tələb etdi ki, əldə edilən istiqrazlar gizli saxlanılsın.

Anlaşma barədə Xəzinənin bir neçə məmuru və Federal Rezerv Sistemi məlumatlı idi. Bu səbəbdən sirri 40 ildən çox bir müddət ərzində qoruyub saxlamaq mümkün oldu.

May ayında “Bloomberg News” agentliyi Sərbəst İnformasiya Aktına uyğun olaraq Xəzinədarlığa sorğu göndərir. Xəzinədarlığın mətbuat xidmətinin katibi Uitni Smit isə bəyan edir ki, bu məlumatların açıqlanması şəffaqlıq və qanun yolu ilə razılaşdırılır.

Beləcə, ABŞ-ın ən nəhəng kreditorlarından biri sayılan Səudiyyə Krallığı 117 milyard dollar dəyərində istiqraza sahibdir. Bu informasiya bir çox suallara səbəb olur. Xəzinədarlığın sabiq məmuru iddia edir ki, rəsmi rəqəmlər, ola bilər ki, iki dəfədən çoxdur.

Krallığın qızıl valyuta rezervi 587 milyard dollardır və açıqlanan rəqəm bu ehtiyatın cəmi 20 faizini təşkil edir. Mərkəzi Bank isə rezervlərinin 60 faizə yaxın hissəsini dollar aktivlərində saxlayır. Bəzi analitiklərin fikrinə görə, Səudiyyə Ərəbistanı Amerikanın borc öhdəliklərinə olan sərmayələrinin miqdarını gizlədir. Bu sərmayə ofşor maliyyə mərkəzləri üzərindən sənədləşdirilir.

Niyə bu rəqəmlər vacibdir?

Bir tərəfdən neft qiymətlərinin sürətlə ucuzlaşması fonunda Səudiyyə Ərəbistanı istiqrazlarını sataraq büdcənin maliyyələşdirilməsini təmin edə bilər. Digər tərəfdən bir insan ehtiyat edir ki, Krallıq planetin ən vacib dövlət borc öhdəliyinə olan təsir imkanından siyasi silah kimi istifadə edə bilər. Çünki 40 il əvvəl neft məsələsində belə bir hadisə baş vermişdi.

Aprel ayında Səudiyyə Ərəbistanı 11 sentyabr terror hücumuna görə Krallığın Amerika məhkəməsinə cəlb edilməsi ilə bağlı qanun layihəsinin Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə 750 milyard aktivləri sata biləcəyi ilə hədələdi.

Paralel olaraq Amerika prezidentliyinə hər iki partiyanın namizədləri ABŞ hökumətinin 2004-cü ilə aid 28 səhifəlik hesabatının açıqlanmasını tələb edirdilər. Bu hesabatda Səudiyyənin terror hadisələrində iştirakına aid məlumatlar yer alır.

“Brown Brothers Harriman”-da beynəlxalq valyuta bazarlarına istiqamət verən Mark Çandler deyir: “Düşünək ki, bu “blef” deyil. Səudiyyə böyük təzyiq altındadır. Fikrimcə, ABŞ-ın iri kreditorlarına bağlı olduğu faktını qiymətləndirməmək səhv ola bilər”.

Eyni zamanda, uzun illər pulsuz tibbi xidmət, benzinlə təmin edilən, maaşları daim artırılan Səudiyyə Ərəbistanı vətəndaşları ciddi maliyyə böhranı ilə üz-üzə qalıb.

Təkcə ötən il son 25 ilin ən ciddi büdcə kəsrini doldurmaq üçün 111 milyard dollar xərclənib. İŞİD və İranla müharibə də ucuz başa gəlmir. Neft artıq 50 dollar səviyyəsində stabilləşsə də, bu yenə də 100 dollardan iki dəfə azdır.

Səudiyyə Ərəbistanında vəziyyət o həddə çatıb ki, Krallıq “Saudi Aramco” dövlət neft şirkətini özəlləşdirmək barədə düşünür.
Görünür, Saymonun uğurlu addımları nəticəsində ABŞ və Səudiyyə arasında yaranmış uzunillik “qarşılıqlı asılıq” siyasəti artıq dağılmağa başlayır. Amerika artıq İranla yaxınlaşmağa meyl göstərir. Bundan əlavə, şist yataqlarının kəşfi ABŞ-ın Səudiyyə neftindən asılılığını kifayət qədər azaldıb.

Hazırda “Aurora Capital Group” adlı özəl Los-Ancels şirkətinin direktorlar şurasının sədri vəzifəsini icra edən Parskinin fikrinə görə, 1974-cü ildə bağlanan müqavilə tamamilə reallığı əks etdirirdi. ABŞ-ın bir çox müttəfiqi, məsələn, Böyük Britaniya və Yaponiya dövlətləri də Səudiyyə neftindən asılı idilər və gizlin surətdə rəqabət apararaq, Krallığı əldə etdiyi gəlirləri bu dövlətlərin iqtisadiyyatına sərmayə kimi qoymağa məcbur etməyə çalışırdılar.

1976-1978-ci illərdə ABŞ-ın Ər-Riyad səfirliyində fəaliyyət göstərən dövlət departamentinin iqtisadi müşaviri vəzifəsini icra edən Qordon S.Braun deyir: “ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya və hamı Səudiyyə Ərəbistanının cibinə girməyə çalışırdılar”.

Səud ailəsi üçün xəzinadarlıqda saxlanılan investisiya istiqrazlarını gizli saxlamaq fikri, əsasən, siyasi səbəblərdən ortaya çıxmışdı. İsraillə müharibədən cəmi 10 ay keçmişdi və ərəb dünyası ABŞ-a İsrailin mövqeyini müdafiə etməsini bağışlaya bilmirdi. Diplomatik teleqramların mətninə əsasən, kral Feysal qonşularının Səudiyyə neft milyardlarının qatı düşmənin əlinə düşdüyü barədə qərar vermələrindən qorxurdu.

Xəzinədarlığın əməkdaşları müqaviləni gizli saxlamağa razılıq verməklə bu problemi həll etdilər. Bundan başqa, xüsusi müqavilə bəndi də əlavə edildi. Bu bəndə əsasən, Səudiyyə Ərəbistanı xəzinə istiqrazlarını almaq üçün növbə gözləmir, heç bir rəqabət şərtlərinə tabe olmurdu. Belə olduğu təqdirdə, bu sövdələşmələr rəsmi hərraclar vasitəsilə aparılmırdı. Buna görə də, Səudiyyə Ərəbistanının ABŞ-ın dövlət borc bazarında heç bir izinə rastlamaq mümkün deyil.

Kolumbiya universitetinin alimi Devid Spiro “Amerika hegemonluğunun görünməyən əli. Neft dollarlarının və beynəlxalq bazarların qaytarılması” kitabında bildirir ki, Səudiyyə Ərəbistanı ABŞ-ın xaricdə dövr edən bütün dövlət borc öhdəliklərinin 20 faizinə sahibdir.

Krallıq üçün bir istisna da edilmişdi. Xəzinədarlıq Amerika borc sahibləri barədə məlumatların aylıq hesabatını nəşr etməyə başladı. Səudiyyə Ərəbistanı “neft ixracatçıları” adı altında 14 dövlətlə eyni qrupa salındı.

Amma bu işdə mənfi tərəflər də var idi. Məsələn, 1976-cı ilin oktyabr ayına aid daxili bir sənəddə ABŞ-a 800 milyon dollar borc verilir. Bu dövrdə adı göstərilməyən iki mərkəzi bank əlavə müqavilələrdən istifadə edərək hər biri 400 milyon dollar dəyərində istiqraz əldə edir.

Nəticədə banklardan biri dövlət borcunu təyin edilmiş çərçivədə saxlamaq üçün müqaviləni ertəsi gün imzalayır və əməliyyatı həyata keçirir. Bu manevrlərin böyük əksəriyyəti heç vaxt gün işığına çıxmadı. Xəzinədarlığın yüksək rütbəli məmurları Yaxın Şərqdəki partnyorlarını və status-kvonu qorumaq üçün hər addımı atdılar.

Ötən illər ərzində Xəzinədarlıq xidmətlərin və 1976-cı il beynəlxalq investisiyaların satışı barədə Qanuna dəfələrlə müraciət edir. Bu Qanun ABŞ-da istiqraz sahiblərini qoruyurdu.

Bu siyasət 1979-cu ilə qədər qüvvədə qalır. 1979-cu ildə ABŞ-ın Hesablama Palatası istintaq zamanı bu informasiyanı gizlətmək üçün heç bir statistik və qanuni əsas olmadığı qənaətinə gəlir. Hesablama Palatasının Xəzinədarlığı məlumatların ifşasını məcbur etməyə təsir qüvvəsi yox idi. Ona görə də, Palata belə qərara gəldi ki, ABŞ başda Səudiyyə Ərəbistanı olmaqla digər OPEC dövlətlərinə maliyyə gizliliyini ehtiva edən xüsusi şərtlər təklif edib.

Bu dövrdə artıq Uoll-stritə qayıdan Saymon Konqresdə dinləmələrdə iştirak edərək etiraf edir ki, regionlara görə belə bir hesabat bölgüsü Səudiyyə Ərəbistanı tərəfindən investisiya şərti kimi irəli sürülmüşdü.

Konqresin sabiq əməkdaşı Stiven Mak Spedden Hesablama Palatasının sorğularına cavab əldə etməyə çalışırdı və deyirdi: “Xəzinədarlığın məmurlarının nəsə məlumat verməyəcəyi artıq aydın görünürdü. Mən 17 il ərzində komissiyada işləmişəm və belə bir hadisə ilə rastlaşmamışam”.

Parski bildirir ki, Səudiyyə ilə gizli müqavilə illər öncə gün işığına çıxmalı idi…

Hikmət
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button