2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

S.Lavrovun Ermənistan-Azərbaycan nizamlanmasında Rusiyanın rolu haqqında dedikləri

Moskva/21.01.22 Rusiya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının tam həyata keçirilməsi zərurətinə əsaslanır. Bu gün prioritet vəzifələr Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlaması, habelə regionda nəqliyyat əlaqələrinin və iqtisadi əlaqələrin açılmasıdır. Bu barədə RF XİN başçısı Sergey Lavrovun 2021-ci ilin yekunlarına dair mətbuat konfransında ona verilən suallara cavabında deyilir.

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi prosesinə qoşulmaq istəyən hər kəsin tərəflərin maraqlarına əsaslanmasının və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarını nəzərə almasının tərəfdarıyıq”, deyə o bildirib.

Ermənistan-Azərbaycan sərhədində gərginlik haqqında suala cavabda Lavrov qeyd edib ki, Moskva Azərbaycan-Ermənistan sərhədində vəziyyətin nizamlanması üzrə səy göstərir.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və daha sonra demarkasiyası üzrə ikitərəfli Komissiyanı mümkün qədər tez təşkil etmək və onun işini başlatmaq zəruridir. Bu prosesdə Bakıya və Yerevana məsləhət yardımı göstərməyə hazırıq.

Əsirlər probleminə gəlincə, Rusiya onun həllində fəal iştirak edir. Xatırladaq ki, 2020-ci il dekabrın 2-dən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 146 saxlanılan şəxs – 127 nəfər Ermənistan tərəfə, 19 nəfər Azərbaycan tərəfə qaytarılıb”, deyə Lavrov bildirib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button