Loading...
Loading...
ÖLKƏDünya

Saakaşvili Ukraynada döyüşən gürcülərdən məktub aldığını deyir

Mixeil Saakaşvili ötən ay başladığı aclıq aksiyasını Ukraynada Rusiyaya qarşı vuruşan gürcü döyüşçülərin istəyi ilə dayandıracağını deyib

Gürcüstanın həbsxanada olan keçmiş prezidenti Mixeil Saakaşvili ötən ay başladığı aclıq aksiyasını Ukraynada Rusiyaya qarşı vuruşan gürcü döyüşçülərin istəyi ilə dayandıracağını deyib.

Saakaşvili aclıq aksiyasına həbsxanada ona adekvat tibbi xidmət göstərilmədiyinə görə hökumətə etiraz olaraq başlayıb.

Ukrayna vətəndaşı olan Saakaşvili martın 10-da aclıq aksiyasının 17-ci günündə deyib:

“Mən 2014-cü ildən bəri Ukraynanı müdafiə edən gürcü döyüşçülərdən məktub almışam və mən belə dostlarımın olması ilə fəxr edirəm. Onlar məndən aclıq aksiyasını dayandırmağımı və tam olaraq mübarizəyə qayıtmağımı xahiş edirlər. Mən buna bənzər ricanı habelə Ukrayna silahlı qüvvələri komandanının komandasından almışam”.

Saakaşvili deyib ki, o üç gündən sonra aclığı dayandırmağı planlaşdırır.

Keçmiş və yeni ittihamlar

Keçmiş prezident ötən il 50 gün müddətində aclıq aksiyası keçirib.

O bəyan edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya təcavüzünə qarşı mübarizəsini tam dəstəkləyir.

54 yaşlı Saakaşvili oktyabrın 1-dən Gürcüstanda həbsxanadadır. Həmin gün keçmiş prezident uzunmüddətli mühacirətdən sonra vətəninə qayıtmışdı.

O qiyabi olaraq səlahiyyətlərini aşma ittihamı ilə məhkum edilmişdi və hazırda həmin ittihamla bağlı 6 illik cəzasını çəkməkdə davam edir.

Ona qarşı habelə 2007-ci ildə dinc nümayişin zorakılıqla dağıdılmasına, mənimsəməyə və sərhədin qanunsuz keçilməsinə görə ittihamlar irəli sürülüb.

Saakaşvili bu ittihamların “siyasi motivli” olduğunu bildirir.

O 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub.

24 saat” “
Saakaşvili Ukraynada döyüşən gürcülərdən məktub aldığını deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ukraynada öldürülən dinc sakinlərin sayı 516 nəfərdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button