2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şagirdlərin yanvar ayı üçün istirahət günləri açıqlandı

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, 5 günlük tətil yanvarın 31-dək davam edəcək.

Əlavə olaraq, nazirlikdən bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində 31 dekabr (Dünya azərbaycanlılarının həmrəyliyi günü) və 1-2 yanvar (Yeni il) tarixləri bayram günləri kimi təsbit edilmişdir və iş günləri hesab olunmur.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 2016-cı il 31 dekabr və 2017-ci il 1 yanvar tarixlərinin istirahət gününə təsadüf etməsi ilə əlaqədar, 2017-cı ildə 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində yanvar ayının 4-ü, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə yanvar ayının 5-i dərs günü olacaq.
Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olur. İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.
Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvarı, ikinci yarımil isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button