2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sağlamlığını itirən keçmiş döyüşçülər aksiya keçirib

Bu gün, aprelin 22-də Qarabağ müharibəsində sağlamlığını itirən bir qrup gənc Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyasi keçirib.

Onlar, əsasən, biganəlikdən şikayətləniblər. Demələrinə görə, onları nazirliyin şöbə müdiri qəbul edib və qanunvericiliyin tələbləri onlara xatırladılıb. Şikayətçilərdən biri isə jurnalistlərə açıqlamasında deyib ki, “əgər lazımdırsa, qanunu dəyişsinlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiya iştirakçılarının bəziləri deyib ki, onların müalicəsində ayrıseçkiliyə yol verilir. Həmçinin, onların sözlərinə görə, problemlərinin həlli zamanı və xüsusilə də əlilliyin alınmasında süründürməçiliklə, neqativ hallarla üzləşiblər. Keçmiş döyüşçülərdən biri isə deyib ki, onlara az əvvəl “mətbuat sizə neyləyəcək” iradını tutublar və kütləvi informasiya vasitələrinə açıqlama vermələrini qıcıqla qarşılayıblar.

Daha sonra isə nazirliyin bəzi əməkdaşları şikayətçilərə yaxınlaşıb, onları nazir müavinin qəbul edəcəyi və bütün şikayətlərinin dinləniləcəyi vədini veriblər. Bundan sonra onlar qəbula yollanıblar.

Tənqidlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44-günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı deyilir.

Bu döyüşlərdə 2 min 900-ə yaxın hərbi qulluqçunun həlak olduğu, 20-dən çoxunun itkin sayıldığı, minlərcəsinin isə yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “Sağlamlığını itirən keçmiş döyüşçülər aksiya keçirib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button