2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sahibkarın ailəsi məhkəməyə məcburi gətiriləcək  

Bir ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakini  Ruzan Cabbarovanın məhkəməsi keçirilir. 

Toplum TV xəbər verir ki, o, “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə təqsirləndirilir. 

İttiham aktında göstərilib ki, Ruzan Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdəki evində təmizlikçi kimi çalışıb. Ailə üzvlərinə aid qızıl-zinət əşyalarını və nağd pulu oğurlamaqla 803 min 118 manat ziyan vurub. Ruzan Cabbarova istintaqa verdiyi ifadəsində özünü qismən təqsirli bilib. Onun ifadəsinə görə, Qədimbəylilərin evindən qızıl-zinət əyşları və nağd pul oğurlayaraq Zabratdakı evinin həyətində torpağa basdırıb. Ancaq oğurladıqlarının ümumi məbləği ev sahibinin iddia etdiyi 803 min manat yox, 217 min manat olub. 

Saytların yığılması Saytlarin yigilmasi

Bu iş üzrə Orxan Qədimbəyli ilə yanaşı anası Fəridə Qədimbəyli də zərərçəkmiş kimi tanınıb. 

Sonuncu məhkəmə iclasında Ruzan Cabbarovanın vəkili yenə zərərçəkmişlərin məhkəmədə iştirak etməməsindən narazılıq edib və növbəti dəfə vəsatət qaldıraraq onların məhkəməyə məcburi gətirilmələrini xahiş edib: “Möhtərəm hakim, 1 ildən çoxdur ki, bu məhkəmə zərərçəkənlərin gəlməməsi üzündən yekunlaşmaq bilmir. İlk gündən məhkəməyə özləri gəlməyib, nümayəndələrini göndəriblər. Zərərçəkənlər iddia edir ki, 803 min manat zərər vurulub. Təqsirləndirilən şəxs deyir ki, məbləğ şişirdilib, 217 min manatlıq qızıl, pul götürüb, üstəlik, onları da geri qaytarıb. Ortada aydınlıq gətiriləsi çoxlu suallar var, bu suallara da yalnız özləri gəlib cavab verə bilərlər. Ona görə də zərərçəkənlərin məcburi gətirilmələri barədə qərar çıxarmağınızı xahiş edirəm”. 

Ruzan Cabbarova isə məhkəməyə deyib ki, zərərçəkmişlər dəymiş zərərin məbləğini qəsdən şişirdiblər: “Yazıblar ki, guya 803 min manatlıq əşya, qızıl, pul götürmüşəm. Yalandır. Məqsədləri məndən qisas almaqdır. İsrəyirlər ki, mənə daha çox cəza verilsin, həyatım yerli-dibli məhv olsun. Nə götürmüşdümsə, hamısı özlərinə qaytarmışam”. 

Hakim Səbinə Məmmədzadə vəkilin vəsatətini təmin edib. Qədimbəylilərin növbəti məhkəmə iclasına məcburi gətirilmələri barədə qərar çıxarılıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button