24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Saleh Rüstəmov aclığı davam etdirir

Bakı/30.11.21 Vəziyyətinin kəskin şəkildə pisləşməsinə baxmayaraq, Saleh Rüstəmov 25-ci gündür ki, aclığı davam etdirir. Bu barədə Turan-a noyabrın 30-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində Rüstəmova baş çəkən vəkil Bəhruz Bayramov bildirib.

“Salehin vəziyyəti pisləşməkdə davam edir. O, ağrılarına görə yatmır, amma aclığı dayandırmayacaq”, deyə vəkil bildirib.

“Aclıq kritik həddə yaxınlaşır”, deyə o qeyd edib. 

* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. O, noyabrın 6-dan etibarən azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyası keçirir. -03Â06-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button