2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Saleh Rüstəmliyə dəstək olaraq aclıq edənlərin sayı artır /YENİLƏNİB/

Bakı/13.12.21 Bazar ertəsi axşam daha beş nəfər Saleh Rüstəmlinin azadlığa buraxılması tələbilə qohumlarının aclıq aksiyasına qoşulduğunu bildirib.

Bunlar ictimai fəallar İlkin Rüstəmzadə, Seymur Əhmədsoy və Ceyhun Novruzov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məmməd İbrahim, Müsavat Partiyasının üzvü Elman Quliyevdir. –0-

*   *   *

Saytların yığılması Saytlarin yigilmasi

2021 Dekabr 13 (Bazar ertəsi) 17:39:22

Saleh Rüstəmlinin qohumları aclığa qoşulublar

Bakı/13.12.21 Dekabrın 13-də axşam siyasi məhbus Saleh Rüstəmlinin dörd yaxın qohumu həmrəylik əlaməti olaraq aclıq aksiyasına başlayıb. Bu barədə onlar Penitensiar Xidmətin müalicə müəssisəsinin qarşısında jurnalistlərə bildiriblər. Saleh Rüstəmli 38 gündür ki,  aclıq edir.

Məhkumun qardaşı Taleh Rüstəmli deyib ki, aclıq onun mənzilində davam edəcək. “Sabah bizə digər qohumlar və tanışlar da qatılacaq”, – o əlavə edib.-0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button