2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasətXəbərlərİqtisadiyyat

Samir Şərifov nəzarətə götürülür?

Yaxud büdcəyə nəzarət təklifinin gündəmə gəlməsinin səbəbi nədir?
Milli Məclisin dünənki iclasında deputat Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib. Deputat bildirib ki, Milli Məclisdə büdcəyə və büdcə məsələlərinə nəzarət komissiyası yaradılmalıdır. Qüdrət Həsənquliyev əlavə edib ki, bu cür komitələr bir çox dövlətlərdə mövcuddur.
Deputatın sözlərinə görə, bu cür qurum yaradılarsa, dövlət vəsaitini mənimsəyən, büdcə vəsaitlərini oğurlayan şəxslər də layiqli cəzalandırıla bilərlər:
Hesablama Palatasının təqdim etdiyi hesabatı dinlədim və dəstələyirəm. Ancaq Azərbaycanda maliyyə nizam-intizamı ilə bağlı ciddi nöqsanlar var. Görünən odur ki, vəziyyət düzəlmir. Vaxtilə də mən demişdim ki, bunun düzəlməsi ehtimalı yoxdur. Bütün bunlarla bağlı tətbiq edilən cəzalar çox zəifdir. Dövlət büdcəsi vəsaitlərini mənimsəyən şəxslərin necə cəzalandırılması dəqiq bəlli deyil. Bəlkə də həmin adamlar sabah da gedib başqa yerdə çalışırlar. Yəni, onlar fikirləşir ki, pul oğurladıqlarına görə ən uzağı işdən çıxarılaracaq və sairə. Ona görə də pul oğurlayıb bu cür cəzalara razı olurlar. Mən təklif edirəm ki, onlara qarşı daha sərt cəzalar tətbiq edilsin.
Digər tərəfdən isə təklif edirəm ki, Milli Məclisində büdcəyə və büdcə məsələlərinə nəzarət komissiyası yaradılsın”.
Qüdrət Həsənquliyevin irəli sürdüyü təklifi müsbət qiymətləndirmək olar. Doğrudan da parlamentdə büdcəyə nəzarət komissiyasının yaradılması məqsədəmüvafiq olardı. Lakin nəzərə alanda ki, hazırki parlament yalnız notarius rolunu oynayır və Qüdrət Həsənquliyev də bunu bilməmiş deyil o zaman bu təklifin arxasında başqa məqsədlərin dayandığına şübhələr yaranır. Məsələni 24saat.org-a şərh edən ekspertlər hesab edir ki, burada məqsəd hökumətin maliyyə naziri Samir Şərifovun fəaliyyətini nəzarətə götürmək ola bilər. Samir Şərifov büdcəyə məsul şəxsdir, digər tərəfdən böhran başlanandan hökumətin maliyyə siyasətini demək olar ki, tam nəzarətə götürməklə əhəmiyyətli fiqura çevrilən məmurdur. Samir Şərifovun iqtisadi gücünün artması onun hakimiyyətdəki rəqiblərinin narahat etməyə bilməz. Üstəgəl maliyyə nazirinin bəzi hallarda oliqarx məmurların maraqlarına zidd addımlar atması halları da var. Hər halda mediada Samir Şərifovun bir neçə məmurla üz-üzə gəldiyi barədə iddialar səsləndirilib. Parlament isə hökumətdəki iri oliqarx məmurların təmsilçilərindən ibarətdir. Bu halda büdəcəyə nəzarət komissiyasının yaradılması faktiki olaraq həmin oliqarxların Samir Şərifovun fəaliyyətinə nəzarət imkanlarını xeyli artırmış olur.
Bu maliyyə naziri ilə rəqabətdə onu “vurmaq” üçün əlavə informasiyaların əldə etmək baxımından əhəmiyyətlidir.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button