2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sarkisian: “Deyirsiz ki, Qarabağ sizə ermənilərsiz lazımdır. Bu, heç vaxt olmayacaq”

“Görünür, Azərbaycanda belə bir tendensiya yaranıb – ermənilərdə olanı istəyirlər”, – bunu Ermənistan prezidenti Serzh Sarkisian yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında çıxışında deyib.

AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, o, Azərbaycanın nümayəndə heyətinin başçısı Səməd Seyidovun Xocalıda Ermənistanın “soyqırımı törətməsiylə” bağlı sualını cavablandırıb.

“Əvvəla, sizi sakitləşməyə, daha sonra isə dediklərimi təhrif etməməyə çağırıram. Mən bu tribunadan hərbi lider olduğumu deməmişəm, belə bir şərəfə nail olmamışam, mən Dağlıq Qarabağ xalqının ədalətli mübarizəsinin iştirakçısı olmuşam”, – Sarkisian deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“GENOSİD – YAXŞI BİR ŞEY DEYİL”

Ermənistan prezidenti qeyd edib ki, soyqırımı yaşamaq şərəf deyil. “Genosid – yaxşı bir şey deyil, bu, şərəf deyil, əzabdır. Hesab edirəm ki, Azərbaycanda belə bir tendensiya yaranıb – ermənilərdə olandan onlar da mütləq istəyirlər”, – o, sözlərinə əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button