2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Savçenkonu Kreml ilə razılığa gəlməkdə ittiham etdilər

Ukraynanın Ali Radasında Radikal partiya fraksiyasının lideri Oleqlyaşko ukraynalı hərbçi Nadejda Savçenkonun Rusiya hakimiyyəti ilə azadlığa buraxılmasının əvəzində, “Ukraynanı satmaq” barədə razılaşdığını bəyan edib.

24saat.org Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə parlamentari avqustun 3-də öz “Facebook” səhifəsində yazıb.
“Savçenko – müstəqil deyil, o, asılı və kənardan idarə edilən bir fiqurdur. Nadejda daha bizim hörmətimizə layiq deyil. Onu Ukrayna qəhrəmanı adından, deputat mandatından məhrum etmək və Ukraynanın AŞPA-dakı heyətindən geri çağırmaq lazımdır”, – Lyaşko bəyan edib.
Siyasətçinin fikrincə, Savçenko dediyi sözlərin Ukrayna üçün nə qədər məhvedici olduğunu özü anlayır, amma bu bəyanatları asılı olduğu və ya kompromat üçün edir.
Avqustun 2-də Nadejda Savçenko Kiyevdə xüsusi brifinqdə çıxış edib. Ukraynanın hərbi komandanlığını kütbeyinlər adlandıraraq 2014 və 2015-ci ilin əvvələrində Silahlı qüvvələrin verdiyi çoxsaylı itkilər üçün cəzalandırmağı tələb edib. O, həmçinin əsrlərin azad edilməsi prosesinin uzadılmasına etiraz olaraq aclıq da elan edib.
İyulun 22-də ukraynalı hərbçi bəyan edib ki, ukraynalılar Donbas sakinlərindən üzr istəməlidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button