2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Saxarov mükafatı Ukrayna xalqına verildi

Zelenski Twitter-də mükafatın Ukrayna xalqına verilməsinə görə təşəkkür edib

Saytların yığılması Saytlarin yigilmasi

Avropa Parlamenti 2022-ci il Saxarov Mükafatını fevralın sonundan Rusiyanın səbəbsiz işğalına qarşı savaşan “cəsur Ukrayna xalqı”na verib.

Parlament oktyabrın 19-da bəyanatında bildirib ki, mükafat “Prezidentləri Volodimir Zelenski, seçilmiş liderləri və vətəndaş cəmiyyəti ilə təmsil olunan cəsur ukraynalılara” verilir.

“Bu mükafat yerdə vuruşan ukraynalılar üçündür. Qaçmağa məcbur qalanlar üçündür. Qohumlarını, dostlarını itirənlər üçündür. Ayağa qalxıb inandığı uğrunda vuruşanlar üçündür. Bilirəm ki, Ukraynanın cəsarətli xalqı təslim olmayacaq, biz də təslim olmayacağıq”, – parlamentin prezidenti Roberta Metsola bəyanatında deyib.

İldə bir dəfə verilən bu mükafat sovet fiziki və dissident Andrey Saxarovun şərəfinə 1988-ci ildə təsis olunub. Avropa Parlamenti onu insan haqları və fundamental azadlıqları müdafiə edən şəxslərə və təşkilatlara verir.

Zelenski Twitter-də mükafatın Ukrayna xalqına verilməsinə görə təşəkkür edib.

“Ukraynalılar hər gün cəbhədə Rusiya Federasiyasının timsalında terrorçu dövlətlə vuruşmaqla azadlıq, demokratiya dəyərlərinə sədaqətlərini sübut edirlər”, – Zelenski yazıb.

24 saat” “
Saxarov mükafatı Ukrayna xalqına verildi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button