2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Senat Komitəsi Rusiyanın ABŞ seçkisinə müdaxiləsini təsdiq etdi

ABŞ Senatının Komitəsi bildirib ki, onun üzvləri Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi barədə konsensusa gəliblər, lakin Moskva və Trump-ın seçki kampaniyası komandası arasında sövdələşməyə dair iddialar hələ araşdırılır.

Senatın Kəşfiyyat Komitəsinin başçısı, respublikaçı Richard Burr oktyabrın 4-də Vaşinqtonda deyib ki, komitə “hər hansı sövdələşmənin olduğuna dair sübutların mövcudluğuna dair dəlillərin axtarışını davam etdirir, lakin hələlik qərar qəbul edilməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Burr deyib ki, komitə Trump-ın və keçmiş prezident Obamanın administrasiya üzvləri də daxil 100-dən çox insanı sorğu-sual edib.

O əlavə edib ki, komitə daha 25 nəfəri dindirəcək və o, bu təhqiqatın bu ilin sonunadək yekunlaşdırılacağına ümid edir.

Komitə sədrinin müavini senator Mark Warner deyib ki, Rusiyanın “ABŞ-ın siyasi sənədlərinə haker müdaxiləsi etdiyinə” və “seçkini təsirləndirmək məqsədilə” informasiya sızdırmasına dair “konsensus” mövcuddur.

Amma Burr bildirib ki, o, Rusiyanın bu seçkiyə müdaxiləsini qəbul etsə də, bunun yekun seçki nəticəsini dəyişdirmədiyini “təsdiq” edə bilər.

Warner deyib ki, Rusiya ABŞ prezident seçkisini təsirləndirmək məqsədilə 21 ştatın seçki sistemlərini sınağa çəkib.

Burr deyib ki, Rusiyanın sosial mediada reklamlar alması seçkidə heç bir tərəfi mənfəətləndirməyib.

O əlavə edib ki, bu reklamlardan məqsəd “xaos yaratmaq” olub və onlar bu işdə “cüzi uğur” qazanıb.

Burr bunu da bildirib ki, Google, Twitter və Facebook kimi sosial media şirkətləri Rusiyanın seçkiyə müdaxiləsi təhlükəsinin ciddiliyinə diqqət yetirməyiblər.

Facebook Senat komitəsinə Rusiyadan qaynaqlandığı düşünülən 3 minədək reklamı təqdim edib, amma Burr deyib ki, komitə bu reklamları açıqlamayacaq.

Warner isə əksinə bu reklamların Amerika xalqına açıqlanmasını istəyib.

Warner həmçinin deyib ki, Rusiya kəşfiyyatı ABŞ seçkisinə müdaxilə ilə kifayətlənməyib və eyni hərəkətləri Çernoqoriya, Belçika, Fransa və Almaniyada keçirilən seçkilərdə də davam etdirib.

Burr bunu da qeyd edib ki, komitə həmçinin keçmiş FTB direktoru James Comey-nin Donald Trump-la söhbətlərindən sonra yazdığı memolara da baxıb. Tənqidçilər bildirirdilər ki, bu memolar Trump-ın təhqiqata müdaxilə etdiyini göstərir.

Burr deyib ki, onun komitəsinin araşdırması “məntiqi sonluğuna” çatıb.

O əlavə edib ki, Comey-nin vəzifədən çıxarılmasına dair bütün sonrakı suallar Trump-ın komandası ilə Rusiya arasında hər hansı sövdələşmənin olub-olmadığını araşdıran xüsusi prokuror Robert Mueller-ə ünvanlandırılmalıdır.

Senator Burr bunu da deyib ki, Trump-ın Rusiya ilə əlaqələrinə dair dosyeni hazırlamış keçmiş Britaniya kəşfiyyatçısı Christopher Steele komitə ilə görüşdən imtina edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button