2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sergey Lavrov: “Moskva Bakı və Yerevanın sülh müqaviləsi imzalamasını gözləyir”

Liderlərimizin müzakirəsi üçün bir sıra əlavə sənədlər də hazırlanır”

İyulun 25-də Moskvada üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüb.

Rusiyalı nazir Sergey Lavrov üçtərəfli görüşdən əvvəl hər iki həmkarı ilə ayrılıqda görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

S.Lavrov azərbaycanlı həmkarı C.Bayramovla danışıqlarda əminliyini bildirib ki, Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəaları yerinə yetirilməkdədir:

Liderlərimizin müzakirəsi üçün bir sıra əlavə sənədlər də hazırlanır. Biz Bakı və Yerevan arasında sülh müqaviləsinin bağlanması üçün yüksək səviyyədə razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirmək istəyirik. Buna bütün köməyi göstərməyə, o cümlədən bu imzalama üçün meydança verməyə hazırıq”.

“Mən hazırda beynəlxalq birliyin böyük diqqətinə və şərhlərinə səbəb olmuş humanitar situasiyanı nəzərdə tuturam. Biz azərbaycanlı dostlarımızın Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini anlamalarını qiymətləndiririk. Bu mərkəzi məsələlərdən biridir”,-deyə Lavrov vurğulayıb.

Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olduğunu bildirib:

“Bu iddialar siyasi manipulyasiyadır”.

C.Bayramov Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürüldüyünü qeyd edib:

“Ancaq bunlara baxmayaraq, erməni tərəfin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərir”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsini müzakirə edib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün “Twitter” mikrobloqunda yazıb.

Onlar Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Bakının Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsinə, ərzaq və dərman çatışmazlığına, konkret addımların atılmasının zəruriliyinə toxunublar”, – deyə Badalyan yazıb.

Daha sonra üçtərəfli görüşdə Sergey Lavrov deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması prosesinə hər cür kömək etmək niyyətindədir:

Mən sizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin hazırda nə yerdə olduğu barədə fikir mübadiləsi aparmağa dəvət etmək istərdim. Biz ekspert potensialımızdan və burada təmsil olunan dostlarımızla yaxşı münasibətlərimizdən istifadə edərək, onun razılaşdırılmasında hər cür köməklik etməyə hazırıq”.

 O, Moskvanın Bakı və Yerevanın sülh müqaviləsi imzalamasını gözlədiyini bildirib:

Rusiya sülh müqaviləsinin imzalanmasının Bakı və Yerevan arasında böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacağını gözləyir. Moskva Azərbaycan və Ermənistanla növbəti görüşlərin hazırlanması üzərində işi davam etdirəcək, üç ölkə liderlərinin sammiti də planlaşdırılır. Gözləyirik ki, bu sazişin imzalanması ermənilərin və azərbaycanlıların Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşləri zamanı başlanmış səylərin altından xətt çəkəcək böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacaq. Bundan əlavə, Rusiya Bakı və Yerevanı parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamağa dəvət edib”.

Lavrovun sözlərinə görə, Moskva Azərbaycan və Ermənistan liderləri arasında bütün üçtərəfli sazişlərə hörmətlə yanaşılması və həyata keçirilməsinin tərəfdarıdır.

“Biz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsinə, humanitar problemlərin həllinə, iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınmasına, vətəndaş cəmiyyətləri, ekspertlər, politoloqlar, parlamentarilər vasitəsilə insanlar arasında əlaqələrin inkişafına yönəlmiş səylərimizi davam etdirəcəyik”, – Lavrov əlavə edib.

S.Lavrovun fikrincə, Ermənistan başa düşür ki, Dağlıq Qarabağ ermənilərini tezliklə Azərbaycan nümayəndələri ilə görüşməyə razı salmaq lazımdır.

Ermənistan tərəfi Dağlıq Qarabağ ermənilərini müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən (indiki halda Azərbaycandan), o cümlədən milli azlıqların hüquqlarının təmin edilməsinə dair çoxsaylı konvensiyalardan irəli gələn hüquqları razılaşdırmaq üçün mümkün qədər tez Azərbaycan nümayəndələri ilə görüşməyə razı salmağın zəruriliyini başa düşür”, – deyə o bildirib.

Lavrov həmçinin vurğulayıb ki, Bakı və Yerevan öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsi üçün “qarşılıqlı əsasda” təminat verməyə hazırdırlar.

Nazirlər arasında sonuncu görüş 2023-cü ilin mayın 19-da keçirilib.

Moskvada baş tutan görüşdə tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button