2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sexdəki yanğında xəsarət alanların bəzilərinin vəziyyəti ağırdır

Yanvarın 15-də Bakının Binəqədi rayonudakı mebel sexində baş verən partlayışla əlaqədar tibb müəssisələrində müalicə olunan 10 nəfərdən 9-nun vəziyyəti ağırdır.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 19-da TƏBİB məlumat yayıb. 

Bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir, 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, məlum hadisə nəticəsində 9 nəfərin meyiti dağıntılar altından çıxarılıb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button