2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Seymur Həzi sərbəst buraxılıb (YENİLƏNİB)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi saxlanılıb. Bu, fevralın 26-da Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyi və fəallar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edərkən baş verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi sərbəst buraxıldı.

Bu barədə S.Həzinin özü məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, polis əməkdaşları onu saxlayaraq Xətai Rayonun 37-ci polis bölməsinə gətirib. “Bölmədə mənə hadisə ilə bağlı izahat yazdırılıb. İzahatda mən bildirmişəm ki, heç kimi təhqir etməmişəm və qanunu pozmamışam”.

S.Həzi əlavə edib ki, polislər onu saxlayarkən ona qarşı kobudluq etdilər. “Mənə qarşı kobudluq etdilər. “Bu gün Ata Abdullayevin xidmətindən istifadə etmək Xocalı şəhidlərinə hörmətsizlikdən başqa bir şey deyil”.

S.Həzi əlavə edib ki, izahatı yazandan sonra sərbəst buraxıldı. 

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi saxlanılıb. Bu, fevralın 26-da Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyi və fəallar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edərkən baş verib.

“Bloger” kimi təmsil olunan Ata Abdullayev AXCP lideri Əli Kərimlini təhqir etməyə və münaqişəyə təhrik etməyə başlayıb. Seymur Həzi ona belə cavab verib: “İlham Əliyevi heç kim səndən yaxşı təmsil edə bilməz. Sən İlham əliyevin simasısan”.

Bundan sonra polis əməkdaşları S.Həzini tutaraq avtomobilə mindiriblər və aparıblar. DİN-dən şərh almaq mümkün olmayıb.

Düz bir il öncə A.Abdullayev eyni təxribatı törətmişdi, sonra isə reportyor Təzəxan Mirələmlidən polisə şikayət etmişdi. Nəticədə onu islah işlərinə məhkum etmişdilər. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button