2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

"Şimal-Cənub" BND-də inkişaf gedir, ancaq hələ də maneələr var

Azərbaycanda “Aqroekspress” layihəsi “Alliance Logistics” MMC və  “RDY Logistika” AS tərəfindən Azərbaycan-Rusiya İşgüzar Şurası,  Rusiya İxrac Mərkəzi, “ROSEKSİMBANK” AS, “Azərbaycan Dəmir Yolları” QSC və RDY ASC-nin dəstəyilə  həyata keçirilir.

“Aqroekspress”-in vəzifəsi sürətli qatarların köməyilə yüklərin çatdırılmasıdır ki, bu da səmərəli qurulmuş ixrac-idxal logistikası sayəsində nəqliyyat xərclərini azaltmağa imkan verir.

“Bu, “Aqroekspress” layihəsinin həyata keçirilməsində uğurlu başlanğıcdır və biz onun inkişafında böyük potensial görürük. Bir çox üstünlükləri nəzərə alaraq, bu, təkcə alternativ yox, həm də ən rəqabətli marşrutlardan biri olacaq. Marşruta qoşulma üzərində fəal iş gedir.

Saytların yığılması Saytlarin yigilmasi

 “Şimal-Cənub” BND-nin inkişafı çərçivəsində yüklərin  Rusiyaya daşınması üçün Astara stansiyası “Aqroekspress” marşrutuna qoşulmaq üzərində aktiv iş gedir”, – “Alliance Logistics” MMC-nin rəhbəri Natiq Heydərov tədbirdə bildirib.

Bir gün öncə ADY-nin rəhbəri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” (RDY)  ASC-nin baş direktorunun birinci müavini Sergey Pavlov ilə görüşüb.

“Tərəflər  “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Bakı-Dərbənd dəmir yolunun elektrikləşdirilməsi, Bakı-Yalama dəmir yolunun daimi cərəyandan dəyişənə keçirilməsi üzrə işlərin maliyyələşdirilməsi və bu yolda işlərin başa çatma müddəti məsələlərini müzakirə ediblər. Bu kontekstdə tərəflər işlərin sinxronlaşdırılması, işlərin cari gedişi və qəbul edilmiş texnoloji qərarlar barədə məlumat mübadiləsinə dair razılığa gəliblər”, – ADY-nin məlumatında bildirilir.

Qeyd edək ki, Yalamaya qədər dəmir yolu “Şimal-Cənub” marşrutunun bir hissəsidir. Azərbaycan hökuməti bu dəhlizlə böyük həcmdə yüklərin daşınacağı ilə bağlı gözləntiləri nəzərə alaraq, Bakı-Yalama və Bakı-Astara (İranla sərhəd) dəmir yollarının rekonstruksiyası haqda qərar qəbul edib.

Bakı (Biləcəri)-Yalama dəmir yolunun uzunluğu 348 km.-dir. Layihənin maliyyələşdirilməsi Dünya Bankının və Fransa İnkişaf Agentliyinin, həmçinin Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

“Azərbaycan və Rusiya həm bu BND üzrə, həm də qlobal təchizat zəncirləri ilə bağlı məsələlərin həlli çərçivəsində fəaliyyətlərini fəal şəkildə koordinasiya edirlər. O cümlədən meyvə-tərəvəz məhsullarının, qeyri-neft sektoru məhsullarının tədarükü də var”, – Bayramov qeyd edib.

2021- ci ilin nəticələrinə görə, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının alınmasında liderlik edib – $877,8 mln.-luq (artım 27,3%) alıb, yəni Azərbaycanın öz qeyri-neft məhsullarının ümumi ixracının, demək olar ki, 33% – i.

“Şimal-Cənub” BND müxtəlif növ yüklərin daşınması üçün nəzərdə tutulub, lakin hazırda onun tam inkişafı İranın atacağı addımlardan çox asılıdır.

Bu il “Şimal-Cənub” BND-nin 22 ili tamam olacaq və reallaşmasının müxtəlif dövrlərində bu iddialı layihə gah “zəifləmə” mərhələlərini, gah da aktiv inkişaf mərhələlərini nümayiş etdirir.

BND üzrə razılaşmaları dünyanın 13 ölkəsi, o cümlədən Azərbaycan, İran və RF ratifikasiya ediblər və onların ərazisindən Mumbaydan Helsinkiyə qədər ümumi uzunluğu 13 min kilometr olan bu marşrutun çəkilməsi nəzərdə tutulur.

2005-ci ildə Azərbaycan layihəyə qoşulub, onunla bağlı bütün öhdəlikləri yerinə yetirir və 2022-ci ilin əvvəlindən “Şimal-Cənub” BND-nin tam reallaşması və fəaliyyəti üçün səylərin artırılması üzrə cənub və şimal qonşuları ilə danışıqları aktivləşdirib.

Bu dəhlizdə məqsəd Hindistandan Rusiyaya, həmçinin Şimali və Qərbi Avropaya yüklərin çatdırılma müddətinin əhəmiyyətli dərəcədə azaldılmasıdır (iki dəfə və çox).

TRACECA-nın Azərbaycan üzrə milli katibi, nəqliyyat və logistika məsələləri üzrə ekspert Rüfət Bayramov ASTNA-ya bildirib ki, “hazırda Cənubi Asiyadan, Hindistandan yüklərin Şimal-Şərqi Avropaya çatdırılma müddəti 6 həftədən çoxdur, halbuki, “Şimal-Cənub” BND-nin reallaşması yolun 14-20 günədək azalmasına imkan verəcək”.

“Tamamilə aydındır ki, Azərbaycan və onun qonşuları yeni yüklərin cəlb edilməsi üçün (ildə 5-10 mln. ton tranzit gözlənilir) bu marşrut üzrə logistika infrastrukturunun inkişafında,  əlavə gəlirim əldə edilməsində maraqlıdır ki, bu da regional sosial- iqtisadi inkişafa, Avrasiya ixrac-idxal bazarının perspektivlərinə müsbət təsir göstərəcək.

Asiyadan Avropaya və geriyə yüklərin tranziti sayəsində Azərbaycan qonşuları ilə birlikdə mühüm logistika xabı kimi öz əhəmiyyətini artıra bilər”, – Bayramov hesab edir.

Azərbaycanın Texnoloji İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi ASTNA ilə söhbətində xatırladıb ki, Azərbaycanın “Şimal-Cənub” layihəsi çərçivəsində aşağıdakı tədbirləri həyata keçirib:

– Astaraçay çayı üzərindəki körpüyə qədər 8,3 km. uzunluğunda Astara (AR) – Astara (IRI) dəmir yolu xəttinin yeni qolu inşa edilib;

-Astaraçay çayı üzərində dəmir yolu körpüsü və bu dəmir yolu körpüsündən İran ərazisindəki yük terminalına qədər 1,4 km. uzunluğunda yol inşa edilib;

–  İran Astarasında (bu ərazi İran Astarasından dövlət sərhədinə qədər dəmir yolu xəttinin 16 kilometrlik hissəsi də daxil olmaqla, uzunmüddətli icarəyə götürülüb) 35 ha sahədə malların boşaldılması üçün terminalların və dəmir yolu stansiyasının tikintisini həyata keçirir.

İranın addımları

Xatırladaq ki, 2019-cu ilin martında İranda Qazvin – Rəşt dəmir yolunun (175 km, $440 mln.) təntənəli açılış mərasimi keçirilib, lakin BND çərçivəsində qoşulmaq üçün daha 167 kilometrlik Rəşt-Astara yolu lazımdır.

2022-ci il yanvarın sonlarında İranın yollar naziri Rostam Qasemi Azərbaycana gəlib və tərəflər “Şimal-Cənub” layihəsi üzrə səylərin artırılmasını müzakirə ediblər, həmçinin Qasemi və Azərbaycanın baş nazir müavini Şahin Mustafayev “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə trafikin artırılması üçün Xəzər dənizi yaxınlığında iki ölkə sərhədində Astaraçay çayı üzərində yeni tranzit avtomobil (!) köprüsünün təməlqoyma mərasimində iştirak ediblər.

Avtomobil körpüsünün tikintisi ($6 mln.) 15 ay ərzində başa çatdırılmalıdır. Bu, İran-Azərbaycan sərhədindən malların Moskvaya çatdırılması vaxtını üç günə qədər azaldacaq.

Yanvarın 25-də Mustafayev qeyd edib ki, Azərbaycanla İran arasında əmtəə dövriyyəsi 2021-ci ildə 30% artıb, lakin “Şimal-Cənub” BND-nin inkişafı gələcək artıma təsir göstərəcək.

Bununla belə, Rəşt-Astara sahəsi və Rəşt-Ənzəli sahəsinin (Xəzərdə liman, yolun 35-40 km.-lik hissəsi) yaradılması üzrə işlər çox ləng gedir. İranda bunu əsasən maliyyə səbəblərilə izah edirlər.

Bu günlərdə İran Yollar Nazirliyinin nümayəndəsi Abbas Xatibi açıqlayıb ki, “İranın cənubunda Bəndər- Abbasdan İranın şimalında Rəştə qədər yol var, lakin o, Rəştdən iki qola ayrılıb, onlardan biri Xəzər dənizinin sahilyanı rayonuna (Ənzəli), digəri isə Azərbaycan dəmir yolu şəbəkəsinə qoşulmaq üçün Astaraya gedəcək”.

“Rəşt-Ənzəli dəmir yolu üzrə irəliləyiş 70 faizdir. Ümid edirik ki, bu dəmir yolu 2022-ci ilin sonuna qədər istismara veriləcək. “Rəşt-Astara” layihəsinə gəlincə, onun tamamlanması üçün $20 milyarddan çox (!!!) investisiya tələb olunur. Bu layihə üç yolla maliyyələşdirilə bilər: daxili maliyyələşmə, xarici investisiyalar və barter. Biz maliyyə resurslarını necə əldə edəcəyimizi dəqiqləşdirmək üçün danışıqlar aparırıq”, – Xatibi qeyd edib.

Qeyd edək ki, Azərbaycan İrana “Rəşt-Astara” üçün İrana $500 mln. məbləğində güzəştli kredit verib.

Bu layihənin reallaşdırılması ilə bağlı İranın yeni qiymətləndirmələri – $20 mlrd. –  “Şimal-Cənub” BND-nin bu sahəsinin reallaşdırılmayacağı, ya da bütünlükdə “Şimal-Cənub” layihəsinin operativ inkişafını şübhə altına alan “tamamlanmayan tikintiyə”ə çevriləcəyilə bağlı narahatlıq yaradır.

24 saat” “"Şimal-Cənub" BND-də inkişaf gedir, ancaq hələ də maneələr var” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button