2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Simonyan: Yerevanla Bakı arasında birbaşa danışıqlar istisna deyil

Yerevanla Bakı arasında birbaşa danışıqlar istisna deyil, çünki sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin təbii olaraq, öz maraqları var.

Toplum TV xəbər verir ki, bunu yanvarın 15-də jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Onun sözlərinə görə, romantikləşdirməyə ehtiyac yoxdur: “Məsələn, fransızların bizi qara gözlərimizə, yaxud tariximizə görə sevdiyini düşünmək nağıldır. Məsələ maraqlardadır, onlar ya üst-üstə düşür, ya da düşmür”.
  
Spiker həmçinin bildirib ki, Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına malik olmaq istəyən bütün ölkələr “yaxşı” vasitəçi olmağa çalışırlar:

Saytların yığılması Saytlarin yigilmasi

“Amma Yerevan və Bakı böyük oyunlarda sövdələşmə obyektinə çevrilməmək üçün problemlərini özləri həll etməlidirlər. Beynəlxalq birlik tərəfindən müqavilələrin təsbiti isə hələ də vacib elementdir”.

Simonyan açıqlamasında iki ölkə arasındakı danışıqlar prosesində geriləmənin olması barədə iddiaların da əssasız olduğunu vurğulayıb. 

“Kəskin heç nə baş verməyib – danışıqlar və fikir mübadiləsi davam edir. Heç bir geriləmə yoxdur”, – deyə spiker açıqlamasında qeyd edib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button