2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Siyəzənin “bahalaşma məhbusları” aclıq aksiyası keçirir

2016-cı ilin yanvarında un, çörək və digər ərzaq məhsullarının bahalaşmasına, işsizliyə etiraz olaraq, aksiya keçirən və buna görə həbs edilən Siyəzən sakinləri iyunun 20-dən aclıq aksiyasına başlayıb. Bu haqda həbsdə olan şəxslərdən bir neçəsinin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat yayıb.
Siyəzən məhbuslar aclıq aksiyası ilə heç bir cinayət törətmədikləri halda, il yarımdır günahsız olaraq həbsdə saxlanmalarına etiraz edirlər.
Quba rayon məhkəməsinin hökmü ilə 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilmiş Siyəzən sakinlərinin hökmündən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Bahalaşmaya, işsizliyə etiraza görə cinayət məsuliyyətinə cəlb olunmuş 11 nəfərdən ikisi hökmdən apellyasiya şikayəti verməmişdi. İyunun 20-də keçirilən məhkəmədə məlum olub ki, həmin iki nəfərdən biri də hökmdən narazıdır və apellyasiya şikayəti verib. Onun apellyasiya şikayəti vermək üçün müddəti ötürüb-ötürmədiyini aydınlaşdırmaq üçün Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası işin Quba Rayon Məhkəməsinə qaytarılması haqda qərar çıxarıb. Bu səbəbdən də Siyəzənin “un məhbusları”nın Sumqayıt Apellyasiya Məhkəməsindəki işinə baxılması qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Xatırladaq ki, 2016-cı il yanvarın 12-13-də Siyəzəndə qiymət artımına, işsizliyə etiraz olaraq bir qrup sakin Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyinə dair vəd verdikdən sonra sakinlər dağılışıb. Amma gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları evlərə gedərək, etirazçıları saxlayıb. Onlardan bir qisminə inzibati həbs cəzası verilib. 11 nəfər barəsində isə cinayət işi başlanıb, onlara CM-nin 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221 (xuliqanlıq), 228 (qanunsuz silah saxlama), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər), 234 (narkotik) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham verilib.
Təqsirləndirilən şəxslərdən Müslüm Əzimov və Zaur Şəkərov 6 il, Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev və Nizami Qəniyev 4 il, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.
Amma hüquq-müdafiə təşkilatları bu adamların həbsini siyasi motivli sayır. Ona görə də Siyəzəndə bahalaşma və işsizliyə etiraza görə həbs olunanların adları “siyasi məhbus” siyahısına daxil edilib.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button