2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

SMDT-nin seçkilərlə bağlı ilkin rəyi: “Demokratik mühit olmayıb”

Təşkilat vətəndaş-dövlət münasibətlərinin inkişafı üçün demokratik mühitin yaradılmasını vacib sayır

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.

Təşkilat bildirib ki, seçki günü məntəqələrin təşkili və səsverməyə hazırlıqla bağlı cüzi çatışmazlıqlar qeydə alsalar da, səsvermə və səslərin sayılması prosesində ənənəvi çatışmazlıqlar müşahidə olunub:

Saytların yığılması Saytlarin yigilmasi

Bu cür pozuntulara adları seçici siyahısında olmayan şəxslərin səsvermədə iştirakı, səsverməyə vətəndaşların qrup halında gətirlməsi və yerli icra strukturlarının seçki prosesinə müdaxiləsi halları daxildir. Bəzi seçki məntqələrində bir şəxsin bir neçə dəfə səsverməsi və səsvermənin gizliliyinin pozulması halları qeydə alınıb. Seçki günü həmçinin bəzi seçki məntəqələrində müşahidəçilərə və jurnalistlərə təzyiqlər qeydə alınıb. Bu təzyiqlər məntəqə seçki komissiyaları üzvlərinin səsvermənin aşkarlığı və şəffaflığı prinsiplərinə riayət etməməsi şəraitində baş verib”.

SMDT hesab edir ki, Prezident seçkilərinin vaxtından 14 ay öncəyə təyin edilməsi seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən siyasi partiyalar və prezidentliyə namizədlik iddiasında olan şəxslərin iştirakını, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq seçki müşahidə təşkilatlarının fəaliyyətini çətinləşdirib:

“7 fevral növbədənkənar Prezident seçkiləri sonuncu parlament seçkisindən 3 il sonraya təsadüf etsə də, ötən müddətdə seçki qanunvericiliyi və seçki təcrübəsinin təkmilləşdirilməsi barədə yerli və beynəlxalq müşahidəçilərin tövsiyələrinin icrası üçün Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməyib. Seçki ərəfəsində ölkədə ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına məhdudiyyətlər aradan qalxmayıb, siyasi motivli həbslərin sayı isə artıb. Nəticədə ötən bir il ərzində siyasi partiyaların sayı iki dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı siyasi təqiblər çoxalıb. Bununla da, vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların seçkidə fəal iştirakı üçün əlverişli demokratik mühit olmayıb”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Source: Foto: Meydan TV

Sənəddə qeyd olunub ki, təşviqat dövründə prezidentliyə namizədlərin seçkiqabağı kampaniyası qarşıduran siyasi qüvvələrin həqiqi rəqabətinə çevrilməyib, ölkədə siyasi canlanma yaratmayıb:

“Seçicilərə fərqli siyasi baxışlar arasından alternativ seçim imkanları yaranmadığı üçün azad və ədalətli seçkinin başlıca şərti olan siyasi alternativlik təmin edilməyib. Mərkəzi Seçki Komissiyası seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsi ilə bağlı uyğunsuzluqlara dair iddialara aydınlıq gətirməyib. Müşahidəçilərin qeydiyyatı və seçki dövründə müstəqil qaydada fəaliyyəti üçün bəzi seçki dairələrində məhdudiyyətlər yaradılıb. Seçki günü bəzi müşahidəçilər kənar təzyiqlərə məruz qalsalar da, seçki komissiyaları onların hüquqlarının müdafiəsi üçün təşəbbüslər nümayiş etdirməyib”.

Mərkəz həmçinin bildirib ki, seçki ölkədə seçkilərlə bağlı siyasi ehtiyaclar öyrənilmədən, seçkilərin dövriliyi prinsipi qorunmadan, bütün ictimai-siyasi tərəflər öncədən məlumatlandırılmadan təyin edilib:

Son illərdə ölkədə siyasi durğunluq daha da dərinləşib, siyasi partiyaların sayı 2 dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı təqiblər çoxalıb. Nəticədə vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların 7 fevral növbədənkənar prezident seçkilərində fəal iştirakı mümkün olmadığından seçkidə vətəndaşların azad iradəsini ifadə olunması təmin edilməyib”.

“Seçkiqabağı təşviqat dövründə prezidentliyə namizədlərin kampaniyası qarşıduran siyasi qüvvələrin həqiqi rəqabətinə çevrilməyb, bununla da seçicilərə fərqli siyasi qütblər və baxışlar arasında alternativ seçim imkanları yaranmayıb. Prezidentliyə namizədlərin İctimai Televiziya və radioda təşkil olunan müzakirələri ölkədə siyasi plüralizmin təmin edilməsi, o cümlədən seçicilərin istəkləri və ehtiyaclarının müzakirəsi üçün yetərli olmayıb”, – deyə təşkilat vurğulayıb.

SMDT siyasi hakimiyyətə yönəlik tövsiyələrini də sadalayıb:

İfadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququnu təmin edilməsi yönündə siyasi iradə nümayiş olunmalı, ölkədəki siyasi durğunluğun aradan qaldırılması üçün siyasi opponentlərinə təzyqiləri dayandırmalı, azad media və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə dözümlü yanaşmalıdır. Siyasi motivlərlə həbs edilmiş ictimai fəallar, jurnalistlər və siyasi xadimlərin azad edilməsi təmin edilməli, ölkədə vətəndaş-dövlət münasibətlərinin inkişafı üçün əlverişli demokratik mühit yaradılmalıdır”.

Seçki Məcəlləsi və seçki təcrübəsinin Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosunun, habelə yerli ictimai-siyasi təşkilatların tövsiyyələri əsasında təkmilləşdirilməsi yönündə siyasi iradə nümayiş etdirilməlidir. Seçki komissiyaları seçki günü qeydə alınmış pozuntu halları ilə bağlı səlahiyyətli şəxslərin məsuliyyətə cəlb olunması yönündə müvafiq qərarlarını ictimaiyyətə çatdırmalıdırlar. Seçki komissiyaları gələcəkdə seçki prosesində aşkarlığın təmin olunması ilə bağlı səylər nümayiş etdirməli, bütün vətəndaşlara seçki prosesini heç bir maneə olmadan müşahidəsi üçün şərait yaratmalıdır”, – SMDT bəyan edib.

Prezident seçkiləri nə vaxt keçirilib, nəticələr necədir?

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçirilib.

Seçkiyə 7 namizəd qatılıb.

Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.

Mərkəzi Seçki Komissiyası fevralın 8-də seçkinin ilkin nəticələrini elan edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə Prezident seçkilərində liderlik edir.

Fuad Əliyev – 24 min 799 səs (0,53 faiz); Qüdrət Həsənquliyev – 81 min 799 səs (1,76 faiz); Elşad Musayev- 31 min 33 səs (0,67 faiz); Fazil Mustafa – 92 min 980 səs (2 faiz); Razi Nurullayev- 37 min 386 səs (0,80 faiz); Zahid Oruc-101 min 851 səs (2,19 faiz)”.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button