2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

SON DƏQİQƏ! Bakıda DƏHŞƏTLİ YANĞIN: Ölən var

Keçmiş Sovetski küçəsinin ərazisində — M.Əliyev küçəsində şəxsi evlərdən biri yanıb.

Virtualaz.org-un müxbiri hadisə yerindən xəbər verir ki, yanğın nəticəsində ölənlər var, hazırda onların kimliyi və sayı müəyyənləşdirilir.

Yanğının aradan qaldırılması üçün FHN-in bir neçə yanğınsöndürən texnikası cəlb olunub, hadisə yerinə polis əməkdaşları gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub. Xatırladaq ki, bu gün profilaktik işlərlə əlaqədar “Azəriqaz” İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı. Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button