Son xəbər: İran Cəmşid Şarməhdi ABŞ-da təşkil olunmuş rejim əleyhinə qruplaşmanın lideri olmaqda ittiham edərək, edam hökmü çıxardığını açıqlayıb. Almaniya vətəndaşlığı da olan Şarmehdin edam qərarından sonra Almaniya kritik addım atıb.
Almaniya hökuməti İranın Berlindəki səfirliyinin iki əməkdaşını persona non qrata elan edib.
İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin verdiyi məlumata görə, ABŞ-da yerləşən “Tonder” və “İran Krallığı Məclisi” kimi tanınan anti-rejim qrupunun rəhbəri olduğu iddia edilən Şarməhd edam cəzasına məhkum edilib. Tehran İnqilab Məhkəməsi tərəfindən “terror aktlarını planlaşdırmaq və yönləndirmək yolu ilə dünyada fitnə-fəsad törətmək” ittihamı ilə hökm oxunub.
Sözügedən təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü, 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə ölkə daxilində bəzi silahlı aksiyalar və təxribat təşkil etməkdə ittiham edilib.
İran Kəşfiyyat Nazirliyi ikili İran-Almaniya vətəndaşı olan və 2003-cü ildən ABŞ-da yaşadığı bilinən Şarməhdi xaricdə ələ keçirərək 2020-ci ilin iyul ayında ölkəyə gətirdiyini açıqlayıb.
Ailəsi Şarmahdın Birləşmiş Ərəb Əmirliklərində “oğurlandığını” bildirib.
(AA)
Tərcümə“24 SAAT”