2023-01-04 09:53:46
class=”medianet-inline-adv”>
Xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
Görüşdə Əfqanıstandakı son hadisələr və Məscidül-Əqsaya basqın müzakirə edilib.
Görüş zamanı Çavuşoğlu Türkiyənin Talibanın qərarının geri alınacağına dair gözləntilərini təkrarlayıb və bu istiqamətdə başda İslam Əməkdaşlıq Təşkilatı olmaqla koordinasiyalı səylərin vacibliyini vurğulayıb.
Nazirlər Qüdsdə dini obyektlərin statusunun və müqəddəsliyinin qorunub saxlanmasının və bu cür qəbuledilməz hərəkətlərə qarşı koordinasiyanın artırılmasının vacibliyinə diqqət çəkiblər.
Tərcümə“24 SAAT”