Vakansiya 2021Xəbərlər

Son müraciət:05.11.2021 Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “BOA Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • İcraatında olan  kredit portfellərinə nəzarət;
  • Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması
  • Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
  • Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi. 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması
  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi

Vakant vəzifə üzrə tələblər:

  • Müvafiq iş sahəsində ən azı 1il iş təcrübəsi olmalı (bank sektorunda işləyənlərə üstünlük verilir)
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
  • Yüksək dərəcədə ünsiyyət və münasibət  qurma bacarıqları;
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
  • Müştərini dinləmə bacarıqları və ona şifahi şəkildə istiqamət vermə bilikləri;
  • Gərgin situasiyalarda  emosiyaların idarə etmə bacarıqları;
  • Komanda ilə işləmək bacarıqları;
  • Yaş həddi  22-35

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək haqqı – 250 azn (+bonus)
  • Əmək müqaviləsi.
  • – İş qrafiki-tam
  • – İstirahət günü-həftədə 2 gün
  • – İş saatları I-V saat 09:00-dan 18:00-a qədər

Əmək haqqı  – 250 AZN + bonus

Maraqlanan şəxslər öz CV-lərini office@boa.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02

Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button