2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sorğu: Putin dünyanın ən qeyri-populyar lideri oldu

Pew Research araşdırma mərkəzinin Polşadan Avstraliyaya qədər 18 ölkədə keçirdiyi rəy sorğusu belə nəticə verib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidenti Vladimir Putin dünyanın ən qeyri-populyar lideri olub.

Pew Research araşdırma mərkəzinin Polşadan Avstraliyaya qədər 18 ölkədə keçirdiyi rəy sorğusu belə nəticə verib.

Sorğu zamanı respondentlərin yalnız 9 faizi Rusiya prezidentinə rəğbət bəslədyini bildirib.

Rəyi soruşulanların 90 faizi Putinin siyasətindən narazıdır. Bu, Putin üçün son 20 ildə keçirilmiş rəy sorğularının ən pis nəticəsidir.

Son aylarda Rusiyada ictimai rəy sorğuları keçirilmir.

Rusiyanın da reytinqi düşüb

Pew Research firmasının keçirdiyi sorğunun nəticələrinə görə ABŞ-da respondentlərin yalnız 6 faizi Putinə rəğbət bildirib.

Ona son dərəcə neqativ münasibət bəsləyənlər 77 faiz təşkil edir.

Almaniyada rəyi soruşulanların 14 faizi Putinə rəğbətli, 85 faizi isə qeyri-rəğbətlidir.

Ümumilikdə, Rusiyanın da reytinqi kəskin düşüb. Respondentlərin 85 faizi Rusiyaya mənfi münasibət bildirib.

Bu rəqəm Polşada rekord həddə çatıb. Bu ölkədə rəyi soruşulanların 97 faizinin Rusiyaya münasibəti mənfidir.

Amerikalıların 92 faizi Rusiyaya neqativ münasibət bəsləyir.

Rusiyaya rəğbətli olan İtaliya kimi ölkədə Moskvanın populyarlığı 2020-ci ildəki 48 faizdən 14 faizə enib.

Malayziyada Putinin populyarlığı Rusiyadakından yüksəkdir

Rusiyaya ən az neqativ münasibət Malayziyada qeydə alınıb.

Burada rəyi soruşulanların yalnız yarısı Rusiyaya pis münasibət bəslədiyini bildirib.

Yeri gəlmişkən, Malayziyada Putinin reytinqi Rusiyada olduğundan yüksəkdir.

Rəy sorğusu ABŞ prezidenti Co Baydenə də etimadın azaldığını göstərib.

Almaniyada respondentlərin 64 faizi Baydenə rəğbət ifadə edib. Keçən il bu göstərici 78 faiz idi.

Buna baxmayaraq Baydeni dəstəkləyən avropalıların faizi yüksək olaraq qalır.

24 saat” “
Sorğu: Putin dünyanın ən qeyri-populyar lideri oldu
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button