Bizim tərcümə

Sözsüz ağrı: 23 ildə 22 körpə itirdi!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-14 14:17:13

İmtiaz Fazil 24 dəfə hamilə olsa da, cəmi iki övladı var.

Fazil ilk dəfə 1999-cu ildə hamilə olub, 23 il ərzində 17 dəfə uşaq salıb, beş körpə isə ilk doğum gününə qədər dünyasını dəyişib. Səbəb nadir bir genetik xəstəlikdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gecə BBC North West-də danışan 49 yaşlı qadın İngiltərənin Mançester şəhərində yaşayır.

Fazil deyir ki, bu mövzuda sözləri bir araya gətirmək çətindir. Bununla belə, o, əlavə edir ki, bəzi cəmiyyətlərdə tabuya çevrilmiş mövzulardan danışaraq uşaq itkisinin qara ləkə kimi görünməsinin qarşısını almaq istəyir.

“Ailəm bu haqda çox danışmır, düşünürlər ki, bunları xatırlatmaq məni incidə bilər”, – Fazil deyir.

“Heç kim yaxşı olub-olmadığımı soruşmadı, ya da körpələrimi düşünürəm. Övladlarım haqqında düşünmədiyim bir gün olmadı”.

Sarina Kaur Dosanjh və həyat yoldaşı Vik də körpə itkisi ilə bağlı sükutun pozulmasını istəyirlər.

Birmingem yaxınlığındakı Uolsolldan olan 29 yaşlı cütlük Cənubi Asiyadan olan kişi və qadınların öz təcrübələri haqqında danışa biləcəyi Himmat Kollektivini yaradıb.

İki il ərzində iki dəfə uşaq salan Sarina Kaur Dosanjh deyir ki, bu barədə danışmaq asan mövzu deyil:

“Düşünürəm ki, bu gizlidir. Xalçanın altına süpürülür. Bu, sındırmalı olduğumuz məsələlərdən biridir.”

Vik deyir ki, körpəsini itirmək barədə danışanda qarışıq reaksiyalar alıb.

O deyir ki, bəzi kişilər ona travmasını sovuşdurmağa kömək ediblər, bəziləri isə bunun danışa bilməyəcəkləri bir şey olmadığını deyib.

Bununla belə, o, əlavə edir ki, məsələnin çəkisini paylaşmaqla azaltmaq olar.

Sarina deyir: “Bizim cəmiyyətimizdəki insanlar bilməlidirlər ki, əgər uşaq aşağı düşmə, ölü doğuş və ya başqa səbəblərdən itibsə, bu, utanmalı bir şey deyil”.

“Ümid edirəm ki, insanlar bunu normal görəcəklər və bu barədə danışmaq olar.”

Fazilin də ümidi budur. O, eyni zamanda oxşar hadisələrlə üzləşən insanlara kömək etmək, bəzi məsləhətlər vermək istəyir:

“İçində saxlama” deyir, “bunu etsən, öhdəsindən gələ bilməyəcəksən. Bu vəziyyətləri açıb danışmalısan, yoxsa səni parçalayacaqlar”.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button