2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Spitakda zəlzələ olub

Sentyabrın 18-i saat 08:04-də Ermənistanın Spitak şəhərindən 5 km cənub-şərqdə 3 bal gücündə zəlzələ qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Azatutyun” Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, episentrdə zəlzələnin gücü 4 bal olub. Zəlzələ Lori vilayətinin Spitak və Vanadzor şəhərlərində, eləcə də bir sıra ona bitişik icmalarda 3 bal gücündə hiss olunub.

Dağıntı və insan təlafatı barədə hər hansı məlumat verilmir.

1988-ci il dekabrın 7-də Spitakda güclü zəlzələ olub. Baş verən zəlzələ Leninakan (indiki Gümrü) və Spitak şəhərlərini demək olar ki, yer üzündən silib.

Rəsmi məlumata görə, zəlzələ nəticəsində ümumilikdə təxminən 25 min adam ölüb, 10 minlərlə insan əlil olub, 100 minlərlə adamsa evsiz qalıb.

Ən çox itki indiki Gümrü şəhərində olub – 17 min nəfər. Zəlzələnin mərkəzində, Spitakda isə 4 min adam ölüb.

Zəlzələ nəticəsində həmçinin, Kirovakan şəhəri də daxil olmaqla, onlarla şəhər və ətraf kəndlərə ziyan dəyib.

O zaman Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistana Bakıdan humanitar yardım aparan «İl-76» təyyarəsi də Ermənistanın hava məkanında müəmmalı şəkildə qəzaya uğramış, yardıma gedən 78 azərbaycanlı könüllü həlak olmuşdu

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button