Loading...
Loading...
ManşetSiyasət

Struktur dəyişikliklərinin yeni dalğası gözlənilir

Hansi dövlət qurumları ləğv oluna bilər

Maliyyə böhranı hökumət üçün yeni struktur dəyişikləri etmək zərurəti yaradıb. Artıq hakimiyyət nümayəndələri də bir birini təkrar edən qurumların ləğv edilməsi barədə açıq çağırışlar etməyə başlayıblar. Misal olaraq hakimiyyətin siyasi xəttinin qızğın müdafiəçisi kimi tanınan deputat Zahid Orucun fikirlərini göstərmək olar.
Zahid Oruc bildirib ki, Nəqliyyat Nazirliyinin ləğv olunması və başqa quruma birləşdirilməsi yaxşı nümunədir və davam etdirilməlidir.

O, əlavə edib ki, Nəqliyyat Nazirliyinin “kiçik qəlpələri” başqa bir nazirliyə tabe edilib: “Amma ötən müddətdə gördük ki, nəqliyyat infrastrukturu çökmədi. Buradan belə bir nəticə çıxır ki, bəzi dövlət qurumlarını, nazirlik və komitələri də ləğv etməyin zamanıdır. Bunun böyük xeyrini görə bilərik. İndi bir aydır ki, büdcə sənədi təqdim olunub. Amma hökumət üzvlərimizin dövlət televiziyalarında bunun şərhi ilə bağlı çıxışlarını görməmişəm, deməli, bəzilərinin büdcədən irəli gələn fəaliyyətləri yoxdur”.

Deputat bu fikirləri Milli Məclisin iclasında büdcə layihəsinin müzakirəsi zamanı səsləndirib. Zahid Orucun məhz büdcə layihəsilə bağlı müzakirələrin getdiyi ərəfədə struktur dəişikliklərini gündəmə gətirməsi təsadüfi deyil və onun təsdiqi sayıla bilər ki, dəyişiklikləri zərurətə çevirən idarəetmənin təkmilləşdirilməsi yox, maliyyə çatışmazlığıdır.
Ehtimal etmək olar ki, yaxın vaxtlarda struktur dəyişiklərin yeni dalğasına start verilə bilər.

Bu halda ləğv oluna biləcək qurumlar arasında ilk olaraq “Azərenerji” ASC-nin adını çəkmək olar. Hələ iki il əvvəl “Azərişıq” ASC yaradılanda “Azərenerji” ASC nin ləğv ediləcəyi barədə məlumatlar yayılmışdı. Çünki yeni qurumun yaradılması ilə “Azərenerji” ASC demək olar ki, bütün səlahiyyətlərini itirdi. Biz hələ adıçəkilən qurumun rəhbəri Etibar Pirverdiyevin hakim komandadakı nüfuzunu itirməsi barədə iddiaları demirik. Bütün bunlara rəğmən “Azərenerji” ASC mövcuddur və bu o qədər də təəccüblü görünməməlidir. Nəqliyyat Nazirliyinin ləğvi də uzun müddət çəkdi.

Struktur dəyişikliklərində “əriyən” qurumlardan biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ola bilər.
Bu komitə əvvəllər İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) tabeliyində departament şəklində fəaliyyət göstərib. Mümkündür ki, komitə yenidən sözügedən nazirliyə birləşdirilsin.

Ləğv edilməsi gözlənilən qurumlardan biri də Dövlət Sosial Müdafiə Fondudur. Fond vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərib. Səlim Müslümov 2013-cü ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra Dövlət Sosial Müdafiə Fondunun yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilcəyi barədə xəbərlər yayılıb.

Beləliklə, bu bir müddətdir ki, bu üç qurumun başı üzərində qara buludlar dolaşır. Ona görə də ilk olaraq adıçəkilən qurumların ləğv ediləcəyi ehtimal etmək təbiidir.

Gözdən qaçırmayın:  Bayden Putinə meydan oxudu

24saat.org

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button