2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sumqayıtda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib

Sumqayıt şəhərində Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un yerli bürosunun məlumatına görə, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Zəfər Günü münasibətilə şəhər ərazisində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilib. Yürüşə məktəblilər də qoşulub.

Silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. Gün ərzində Sumqayıt bulvarı ərazisində 11 min ağac əkilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button