2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Suriyada 10 illik müharibə , yüz minlərlə həlak olanlar və qaçqınlar düşənlər

Suriyada Bəşər Əsəd rejiminə qarşı ilk etirazların 10-cu, Rusiya qoşunlarının bu münaqişədə iştirakının 6-cı ildönümündə Rusiyalı hüquq müdafiəçiləri Suriyadakı insan haqları və humanitar qanunların pozulmasına dair 200 səhifəlik hesabat yayıblar.

Hsabatla bağlı BBC-nin rus xidməti gniş məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sənəddə qyd olunu ki, on il ərzində Suriya münaqişəsi müasir tarixin ən böyük miqrasiya böhranlarından birinə gətirib çıxarıb:

5.5 milyon suriyalı ölkəni tərk etmək məcburiyyətində qalıb, altı milyondan çox adam evini tərk edərək Suriyanın içərisində didərgin düşüb.

Bombardmanlar və döyüşlər nəticəsində təxminən 600 min insan ölüb, 2 milyon nəfər yaralanıb.

Hesabatda vurğulanır ki, əgər 2010-cu ildə Suriya əhalisinin sayı 21 milyon 300 min olubsa on illik müharibədən sonra əhali sayı 17 milyona düşüb.

Hesabatda qeyd olunur ki, 10 illik müharibə dövründə Suriyada tutulanların, oğurlananların və yoxa çıxanların sayı ilə bağlı indiyə qədər hər hansı dəqiq məlumat yoxdur. “Human Rights Watch”-un 2018-ci ildə yaydığı hesabatda qeyd olunur ki, rəsmi güc strukturları tərəfindən saxlandıqdan sonra 90 mindən çox suriyalının itkin düşüb. “Amnesty International” təşkilatının hesabatında isə vurğulanır ki, təkcə 2011-2015-ci illərdə ölkə həbsxanalarında minlərlə insan məhkəmə qurulmadan güllələnib.

Digər bir hesabatda isə münaqişə dövründə Suriyada 900 həkimin öldürüldüyü qeyd edilir. BMT-nin Suriyanı Araşdırma Komissiyasının 2018-ci il hesabatında tibbi müəssisələrə vurulan zərbələr Suriyadakı münaqişə zamanı ən uzun sürən pozuntulardan biri olub.

Hesabat, Suriya böhranının onuncu ildönümü üçün Rusiyanın aparıcı və ən nüfuzlu insan haqları təşkilatlarında çalışan Rus hüquq müdafiəçiləri tərəfindən hazırlanıb. Suriyadan olan qaçqınlar, insan haqları müdafiəçiləri, jurnalistlər və bu ölkədəki vətəndaş cəmiyyəti nümayəndələri ilə çoxsaylı görüşlər keçirilib, müsahibələr alınıb.

24 saat” “Suriyada 10 illik müharibə , yüz minlərlə həlak olanlar və qaçqınlar düşənlər” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button