Loading...
Loading...
Texnologiya

Təqdimatda verilməmiş məlumat: iPhone SE (2022) hansı RAM yaddaşına sahibdir?

    8 mart tarixində Apple şirkəti yeni iPhone SE (2022) smartfon modelini təqdim etdi. Sözügedən smartfon 5G dəstəkli A15 Bionic proessoru ilə təchiz olunub və daha yaxşı kamera (12 MP) ilə diqqəti cəlb edir. Lakin rəsmi məlumatlardan əlavə olaraq smartfonun sahib olduğu RAM yaddaşı məlum olub. Macrumors saytı aşkar edib ki, iPhone SE (2022) modeli 4 GB RAM ilə təchiz olunub. Bu barədə məlumat tərtibatçılıq mühiti olan Xcode 13.3-dəki sətrdə aşkar edilib.

    Qeyd etmək lazımdır ki, iPhone SE (2020) modeli 3 GB RAM ilə təchiz olunur. Yeni smartfonda RAM yaddaşının artırılması öz növbəsində işə salınan tətbiqlərin performanslarının yüksəlməsinə, foto və videoların daha yaxşı şəkildə redaktə olunmasına, çoxlu sayda tətbiqə və o cümlədən Safari brauzerində yüklənmiş səhifələrə fon rejimində çalışma şəraitini yaradır. Qeyd etmək lazımdır ki, iPhone SE (2022) modelinin ön sifarişlərinə artıq sabah start verilir. Smartfon 18 mart tarixində 429$ qiymətində satışa çıxacaq.

24 saat” “Təqdimatda verilməmiş məlumat: iPhone SE (2022) hansı RAM yaddaşına sahibdir?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Google şirkətinin hazırladığı yeni funksiya cihazlardakı daimi yaddaş çatışmazlığı problemini həll edəcək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button