2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Taliban: Qadınlar işləyə və təhsil ala biləcəklər

Taliban avqustun 17-də Kabildə ilk mətbuat konfransını keçirib.

Reütersin məlumatına görə, hərəkat digər ölkələrlə sülh münasibətləri qurmaq və islam qanunları cərçivəsində qadın hüquqlarına hörmətlə yanaşmaq fikrində olduğunu bəyan edib.

“Biz nə daxili, nə də xarici düşmən istəmirik”, deyə hərəkatın sözçüsü Zabihullah Mücahid bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O, qeyd edib ki, qadınların işləməsi və təhsil almalarına izn veriləcək və onlar İslam çərçivəsində cəmiyyətdə çox aktiv şəkildə iştirak edəcəklər.

Sözçü həmçinin bildirib ki, Taliban keçmiş əsgərlər və Qərbin dəstəklədiyi hökumət üzvlərindən qisas almaq fikrində deyillər.

O həmçinin qeyd edib ki, Talibana qarşı mübarizə aparmış şəxslərə, o cümlədən beynəlxalq qüvvələrlə işləmiş təcüməçilərə amnistiya veriləcək, həmçinin dövlət qulluqçuları rahatca öz işlərinə dönə bilərlər.

Hazırda qərb ölkələri Kabildəki diplomatik missiyalarının əməkdaşları və digər vətəndaşlarını evakuasiya edirlər.

Talibanla əldə edilmiş razılaşmaya əsasən onlar bu müddət ərzində Kabil hava limanına hücum etməyəcəklər.

Qeyd edək ki, Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib, Taliban isə paytaxt Kabili tutub. Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər.

Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button