2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Talış kəndində zəfər yürüşü keçirilib

Tərtərin işğaldan azad edilən Talış kəndində “Zəfər Yürüşü” adlı tədbir keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, 8 Noyabr – Zəfər Günü ilə bağlı keçirilən tədbir Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Talış kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.

Talış sakinləri tədbirə böyük sevinc hissi ilə qatılıblar. Tədbirdə kənd sakinləri və məktəb kollektivi ilə yanaşı, 44 günlük Vətən müharibəsinin iştirakçıları, Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin ailə üzvləri və yaxınları iştirak ediblər.

Qeyd edək ki, uzun illər erməni işğalında olan Talış kəndi 44 günlük Vətən müharibəsinin ilk günlərində işğaldan azad edilib. Kənddə yenidənqurma işlərinə start verilib və qısa zamanda kəndin bərpası işləri həyəta keçirilib. Bu ilin mart ayında Talış kəndinə “Böyük Qayıdış” proqramına uyğun olaraq 91 nəfərlik 20 ailə köçürülüb.

Hazırda kənddə aparılan yenidənqurma işləri davam edir. Köçürülmə planının ikinci mərhələsində Talış kəndinə 158 ailənin köçürülməsi nəzərdə tutulub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button