24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Tanınmış mərhum vəkil yad edilib

Bakı/03.12.21Bu gün dekabrın 3-ü tanınmış vəkil Adil İsmayılovun vəfatının ildönümü günüdür.

Bu günlə əlaqədar İsmayılovun dəfn olunduğu Xırdalan qəbirstanlığında məzarı başında anm mərasimi  keçirilib.

Bu tarixlə əlaqəli tanınmış mərhum vəkilin məzarı başına siyasi xadimlər, vətəmdaş cəmiyyətinin təmsilçiləri və media mənsubları və həmkaları toplaşıblar.

Anım mərasiminə toplananlar İsmayılovun vəkil, vətəndaş olaraq  fəaliyyəti barədə fikirlərini bildirilər, xatirələrini söyləyiblər. İsmayılovun Azərbaycan vəkillik və vətəndaş cəmiyyəti institutunun inkişafına yüksək töhfəsi qeyd edilib. 

Xatırladaq ki, İsmayılov 1957-ci ildə anadan olub. Bakı Dövlət universitetinin hüuq fakültəsini bitirb. Uzun müddət prokurorluq oqranlarında fəaliyyət göstərib. XX əsrin 90-cı illərindən vəkillik fəaliyyətilə məşğul olub.

Adil Ismayilov bir çox tanınmış siyasi məhbusların əks-səda doğuran məhkəmə proseslərində vəkili kimi çıxış edib.

Tanınmış vəkil 2020-ci il dekabrın 3-də koronavirus infeksiyasından vəfat edib.- 05D-

 

https://www.<a data-autolink-id="15" target="_self" href="https://www.az24saat.org/?s=youtube" >youtube</a>.com/watch?v=R7Uy-bOKgek

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button