Cəmiyyət

Tanınmış meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib – TƏFƏRRÜAT

Tanınmış meyxanaçı Rəşad Dağlı Bakı şəhəri ərazisində qətl törədib.

Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Rəşad Dağlı mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Artıq Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

24 saat” “Tanınmış meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib – TƏFƏRRÜAT” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Alatava və İnşaatçılar metrosu yaxınlığındakı həyət evləri sökülə bilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button