2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Tbilisidə Azərbaycanın Bayraq Gününə həsr olunmuş fləşmob keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 9 Noyabr – Bayraq Gününə həsr olunmuş fləşmob keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un yerli bürosu xəbər verir ki, aksiya Azərbaycanlı Tələbə və Məzunlar Platformasının (ASAP) təşəbbüsü və M.F Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə baş tutub.

Fləşmobda Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Tbilisidə fəaliyyət göstərən “Şərq Tərəfdaşlığı Məktəbi”nin azərbaycanlı tələbələri, Gürcüstan ali məktəblərində təhsil alan soydaşlarımız, eləcə də ictimai fəal gənclər iştirak ediblər.

Əllərində Azərbaycan və Gürcüstanın bayraqlarını tutan gənclər Tbilisinin mərkəzi küçələrindən keçərək Azərbaycan səfirliyinə qədər yürüş ediblər.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!” və s. şüarlar səsləndirib Qarabağa aid mahnılar oxuyublar.

Tədbir paytaxt sakinlərinin marağına səbəb olub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button