2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tofiq Yaqublunun həbsi quldurcasına hərəkətdir

Rafiq Manaflı

Pusqu qurub qurbanını gözləyən dəstəyə quldur dəstəsi deyilir. Dəstə qurbanını seçir, necə ki, rejim Tofiq Yaqublunu seçdi. Sonra pusqunun yerini, iştirakçılarını və iştirakçıların necə hərəkət edəcəyini müəyyənləşdirir, sonra da çapır, talayır, öldürür.
Rejimin Tofiq Yaqublunu həbs etməsi dövlətin hansısa qanununa istinad etməsi, ya heç olmasa bəhanə gətirməsi ilə deyil, quldur bandasının pusqu üsulu ilə həyata keçirildi. Və bu birinci hal deyil. İlk dəfə rejim bu üsulu Tofiq bəyin kürəkəni Seymur Həzini tələyə salıb həbs edəndə sınamışdı. Sonradan pusqu yolunun dəfələrlə təkrar edilməsi, rejimin büdcə oğurluqlarından başlayan yolunun korrupsiya, monopoliya, oliqarxiyadan keçərək quldur dəstəsinə çevrilməsi ilə tamamlandı.
Bu gün Azərbaycan, polisi, prokuroru statlı üzəduranlar, işverənlər dəstəsi saxlayan, məhkəməsi toy müğənniləri kimi zakazla oxuyan bir cəngəllik, rejim isə başdan-ayağa mərə olan bu cəngəllikdə at oynadan quldur dəstəsidir.
Mən hüquqşünas deyiləm. Amma hüququn fəlsəfəsini bilmək üçün nə hüquqşünas olmaq lazım deyil, nə də Erkin Qədirli. Və hüququn mahiyyəti, fəlsəfəsi diqtə edir ki, bir adamın adı bir neçə üzədurma, şərləmə prosesində keçirsə, o adamın nə üzədurması, nə də şərləməsi etibarlı sayıla bilməz. Soruşardım bunu özünə difirambalar oxuyub dağın başına qoyan hüquq fəlsəfəsi mütəxəssisi Erkin Qədirlidən, amma təəssüf ki, o bizim yanımızda deyil, qanunu zorlayanların yanındadır.
İlham Əliyev “biz güclüyük” deyir, sözün deyilməyən davamı “qanun da bizik”dir, lap cəngəllikdə olduğu kimi. Amma siz güclü deyilsiniz. Arxasında gizləndiyiniz o güc dövlətin gücüdür. Dövlətin gücü isə əbədi sizin deyil. Bu gün o sizin əlinizdədir, sabah başqasının əlində olacaq. Və o zaman həmin gücün sizə qarşı çevrilməsini istəmirsinizsə qurtarın bu üzədurmaları, şərləmələri, talançılığı. Bərpa edin ölkədə qayda-qanunu. Dərhal azad edin şərləyib tutduğunuz Tofiq Yaqublunu və onlarla digər siyasi məhbusları.
Sonra deməyin demədi.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button