2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Trump Beynəlxalq Məhkəmə rəsmilərinə sanksiyalar qoyur


Prezident Donald Trump Beynəlxalq Cinayətlər Məhkəməsinin (International Criminal Court – ICC)(BCM) ABŞ hərbçi və kəşfiyyatçılarının Əfqanıstanda mümkün hərbi cinayətlərinin araşdırılması ilə bağlı olan əməkdaşlarına maliyyə və viza sanksiyaları qoyan sərəncamı imzalayıb.

İyunun 11-də Trump bu sərəncamı imzaladıqdan az sonra dövlət katibi Mike Pompeo deyib ki, Vaşinqton amerikalıların “hər hansı qondarma məhkəmə” tərəfindən təhdid olunmasına yol verməyəcək.

ABŞ-ın baş prokuroru Bill Barr isə “Rusiya kimi xarici qüvvələri” Haaqada mənzillənmiş bu məhkəmədən“öz məqsədləri üçün istifadədə” ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Ştatlar 2002-ci ildə BCM-in əsasını qoymuş Roma müqaviləsini imzalamayan azsaylı ölkələrdən biridir.

Haaqa məhkəməsi ədalətin bərqərar edilə bilmədiyi ərazilərdə hərbi cinayət, insanlığa qarşı cinayət və soyqırım kimi cinayətləri törədənləri mühakimə edir.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell Trump-ın sərəncamı ilə əlaqədar “ciddi narahatlıq” ifadə edib və deyib ki, İttifaq BCM-in qətiyyətli dəstəkçisidir.

 

“Hesabatsız və səmərəsiz bürokratiya”

Ağ Evin mətbuat katibi xanım Kayleigh McEnany məhkəmənin hərəkətlərini “Amerika xalqının hüquqlarına qəsd” adlandırıb.

O deyib ki, bu məhkəmə “Birləşmiş Ştatların və müttəfiqlərin hərbi heyətlərini hədəfləyən hesabatsız və səmərəsiz bürokratiyadan başqa bir şey deyil”.

McEnany iddia edib ki, BCM ABŞ və onun İsrail də daxil, partnyorlarına qarşı “siyasi motivli” təhqiqatlar aparır və “düşmən ölkələr” bu məhkəməni manipulyasiya edir.

Bundan başqa ABŞ BCM-in korrupsiyaya bulaşmasından da şübhə ifadə edib.

Trump-ın sərəncamına görə dövlət katibi, ABŞ hərbi heyətinin araşdırılmasında rolu olan BCM əməkdaşlarının ABŞ-ın yurisdiksiyasındakı aktivlərini bloklaya bilər.

Sərəncama görə eyni sanksiyalar sözü gedən məhkəmə rəsmilərinin ailə üzvlərinə də şamil edilir.

Bu isə o deməkdir ki, onların da ABŞ-a səfər etməsinə qadağan qoyulur.

 

Administrasiyanı qəzəbləndirən səbəblər

Trump administrasiyası artıq keçən il BCM üzərinə səfər məhdudiyyətləri və başqa sanksiyalar elan etmişdi.

2017-ci ilin noyabrında BCM-in prokuroru Fatou Bensouda hakimlərdən 2003-cü ilin mayından başlayaraq Əfqanıstanda törədildiyi iddia edilən hərbi cinayətlərin araşdırılmasını istəmişdi.

Lakin 2019-cu ilin aprelində BCM-in məhkəməyəqədər palatası bu vəsatəti “ədalətin marağında olmaması” səbəbilə rədd etmişdi.

Amma bu ilin martında BCM-in Apellyasiya Palatası qərara gəlmişdi ki, sözü gedən təhqiqata başlana bilər.

O vaxt Pompeo bu qərarı “məsuliyyətsiz” adlandırmışdı.

Əfqanıstanın özü Roma müqaviləsinin üzvü olsa da, Kabul bu təhqiqatın əleyhinə çıxıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button